Azarkeşlərlə dalaşan klub prezidentinə cinayət işi açıldı

Aprelin 24-də AFFA-ya məxsus olan və Binə qəsəbəsində yerləşən stadionda baş vermiş insidentlə bağlı cinayət işi açılıb.
Həmin gün orada keçirilən “Cəbrayıl” – “Energetik” (Mingəçevir) oyunundan sonra qonaq komandanın prezidenti, 1986-cı il təvəllüdlü Ruslan Həmidovun hərəkətləri ilə bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə iş açılıb. Belə ki, R.Həmidovun komandası ümumi nəticədə uduzduqdan sonra o, yerli azarkeşlərlə dalaşıb, daha sonra isə stadionun hamamındakı şüşəni sındırıb. Klub prezidenti şüşəni sındırarkən özü də xəsarət alıb.
Həmçinin oxuyun: Regionlar Liqasında biabırçılıq - Futbolçular hakimi döydü+Video
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, oyun Regionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilib. 0:0 hesabı ilə davam edən qarşılaşmada Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər, daha sonra referini döyüblər. Bundan sonra fit sahibi qarşılaşmanı dayandırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-04-2022, 14:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ