reklam
Regionxeberlericom.az » İdman » Yığmamız Maltaya uduzdu

reklam

Yığmamız Maltaya uduzdu












Azərbaycan millisi növbəti oyununu keçirib.

Canni de Byazinin yetirmələri Malta ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.Bu, yığmamızın 2022-ci ildə ilk matçı olub. Qarşılaşma Ta Qalidəki Milli stadionda baş tutub.

Uzun müddətdir qələbə qazana bilməyən millimiz 9 aylıq həsrətə nisbətən münasib olan rəqiblə qarşılaşmada son qoymağa çalışıb. Lakin yığmamız cırtdan ölkə təmsilçisinə də uduzub.

İlk yarıda üstün oyun nümayiş etdirən meydan sahibləri yoldaşlıq oyununda da nəticə qazanmaq iddialarını ortaya qoyub. Fasilə ərəfəsində Malta yığmasının kapitanı Andrey Agius milli karyerasını alqışlar altında əvəzlənərək başa vurub.

İkinci hissəyə millimiz fəal başlasa da, qolu maltalılar vurub. Yurgen Deqabriele fasilədən az sonra Səlahət Ağayevin qapısına yol tapıb. Aşağı templə keçən görüşdə qarşılıqlı hücumlar olsa da, komandalar hesabı dəyişə bilməyib. Oyunun sonlarında millimizin kapitanı da əvəzlənib. Lakin rəqibdən fərqli Maksim Medvedev zədələndiyi üçün oyunu davam etdirə bilməyib. Yığmamız isə ilə məğlubiyyətlə başlayıb – 0:1.

Qeyd edək ki, millimiz martın 29-da Latviya ilə üz-üzə gələcək. Bu oyun da Ta Qalidə təşkil olunacaq.

Yoldaşlıq oyunu
25 mart
22:00. Malta – Azərbaycanv - 1:0
Qol: 
Yurge Deqabriele, 55
Baş hakim: Sesar Soto Qrado (İspaniya)
Malta: 1. Anri Bonello, 3. Rayan Kamenzuli, 4. Stiv Borq, 5. Andrey Agius (k), 6. Metyu Giyome, 7. Cozef Mbonq, 8. Brandon Payber, 14. Aleksander Satariano, 17. Teddi Teuma, 18. Yurge Deqabriele, 23. Yan Borq
Ehtiyat oyunçular: 12. Metyu Kremona, 16. Keyn Formosa, 2. Ferdinando Apap, 9. Lyuk Montebello, 10. Stiven Pisani, 11. Pol Mbonq, 13. Enriko Pepe, 15. Ceyms Broun, 19. Adam Maqri Overend, 20. Yan Busuttil, 21. Danstan Vella, 22. Zak Muskat
Baş məşqçi: Devis Mangia
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Eddi İsrafilov, 18. Filip Ozobiç, 22. Aleksey İsayev
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Nicat Mehbaliyev, 4. Bəhlul Mustafazadə, 7. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov, 10. Dmitri Nazarov, 15. Bədavi Hüseynov, 16. Coşqun Diniyev, 17. Toral Bayramov, 19. Təmkin Xəlillzadə, 20. Riçard Almeyda, 21. Amin Seydiyev
Baş məşqçi: Canni de Byazi




Paylaş:


Müəllif : Tarix:
26-03-2022, 00:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər