Azərbaycanın daha bir şahmatçısı Çempionlar Turunda iştirak edəcək

"Bu, məndən qaynaqlanan problem deyil. İndiyədək Maqnus Karlsendən dəvət almamışam".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov feysbukda beynəlxalq qrossmeyster Vasif Durarbəylinin təqdimatında keçirilən canlı yayımda norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turuna dəvət almaması barədə danışarkən deyib.
Məmmədyarov bunun qəribə hal olduğunu bildirib: "Elə bir idman növü olmaz ki, sən "Top-10"da olasan, amma bu cür turnirə dəvət almayasan. Turniri "chess24" saytı keçirir. Bu sayt da Karlsenə aiddir. Saytın heç bir yarışında qüvvəmi sınamamışam. Məndən fərqli, Teymur Rəcəbov isə burada çox aktiv iştirak edir. Fikirləşirdim ki, dəvət almamağım saytla əməkdaşlıq etməməyimdən irəli gələ bilər".
36 yaşlı şahmatçı Çempionlar Turunun qarşıdakı mərhələlərində iştirak edəcəyini söyləyib: "Təşkilatçılar mənə yazdılar və turnirə dəvət etdilər. Açığı, özümə də qəribə gəldi. İndiyədək olmayıbsa, bundan sonra necə oldu. Mənimlə Karlsen özü şəxsən maraqlanıb, soruşub ki, Şəhriyar niyə yoxdur. Təşkilatçılar, sponsorlar kimi görmək istəyirlərsə, onu dəvət edirlər. Təəssüf ki, mənə dəvət gəlməyib. Amma qarşıdakı aylarda mən də Çempionlar Turunda çıxış edəcəyəm".
Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Skilling Open", "Airthings Masters" və "Opera Rapid" mərhələlərində iştirak edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-03-2021, 20:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-03-2021, 20:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır