reklam
Regionxeberlericom.az » Hadisə » "Şakro Molodoy" həbsxanadan gizli buraxıldı - VİDEO

reklam

"Şakro Molodoy" həbsxanadan gizli buraxıldı - VİDEO

Şərti olaraq azadlığa buraxılan “Şakro Molodoy” kimi tanınan kriminal rəhbəri Zaxari Kalaşov həbsxanadan gizli buraxılıb.

Xarici KİV bildirir ki, mikroavtobus Şakronun cəza çəkdiyi Kuban həbsxanasının balansında qeyd olunub. 

Xatırladaq ki, Şakro Molodoy (Zaxari Kalaşov) 90-cı illərin əvvəllərindən Rusiyada ən nüfuzlu kriminal bosslardan biri olub. 2018-ci ilin martında o, Moskvada restoran işçisinə hədə-qorxu gəlmək ittihamı ilə cəzasını ciddi rejimli həbasxanada çəkmək şərti ilə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq həmçinin hesab edir ki, 1 nömrəli “qanun oğru” 2013-cü ildə Ded Xasanın ölümündən sonra cinayətkar qrupun rəhbəri olub. 2024-cü ilin yazının əvvəlində məlum olub ki, cinayətkar Krasnodar həbsxanasından azad edilir, o, səhhətinə görə şərti azadlığa buraxılıb. Martın 29-da məlumat təsdiqlənib: Şakro 9 illik cəza müddətinin təxminən 6 ilini çəkdik dən sonra həbsxananı tərk edib.






Paylaş:


Müəllif : Tarix:
29-03-2024, 15:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər