Azərbaycanın üç boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri start götürüb.
Məlumata görə, 11 ölkədən 121 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü qələbə qazanıb.
57 kiloqramda mübarizə aparan Şamil Əsgərov rusiyalı Dmitri Şipovskini 3:2 (28:29, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qodir Axtamovla (Özbəkistan) döyüşəcək.
Ruslan Rüstəmov (63,5 kq) da yarışa qələbə ilə başlayıb. O, qazaxıstanlı Serik Temirjanova qalib gəlib – 3:2 (26:29, 28:27, 28:27, 28:27, 26:29). Boksçumuzun 1/4 finalda rəqibi İlya Popov (Rusiya) olacaq.
Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Məhəmməd Abdullayev də mərhələ adlayıb. +92 kq-da mübarizə aparan dünya çempionatının mükafatçısı 1/4 finalda komanda yoldaşı Yohannes Nuriyevə tam üstünlüklə qalib gəlib və ən azı bürünc medalı təmin edib. Abdullayev yarımfinalda özbəkistanlı Cahongir Zokirovla münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də olacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-03-2024, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video