Evindən 5 kiloqramdan çox narkotik çıxan şəxs saxlanıldı – Video
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinindən 5 kiloqramdan artıq narkotik vasitələr aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkumluq həyatı yaşamış Elşən İmanov şəhər ərazisində saxlanılaraq şöbəyə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman bükümlərdə qablaşdırılmış marixuana və tiryək aşkarlanıb. Daha sonra onun yaşadığı ünvanda aparılan müvafiq axtarış zamanı 3 kiloqram 135 qram marixuana və 2 kiloqram 200 qram tiryək aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-02-2023, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”