reklam
Regionxeberlericom.az » Hadisə » İki ailənin FACİƏSİ: Ağır qəzada ÖLƏNLƏR VAR

reklam

İki ailənin FACİƏSİ: Ağır qəzada ÖLƏNLƏR VAR


İmişlidə iki avtomobil toqquşub. 

Hadisə rayonun Qızılkənd kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Qurban Məhəmmədəli oğlu Xanlarov idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə 1949-cu il təvəllüdlü  Hidayət Nurulla oğlu Rzayevin idarə etdiyi “VAZ 21074” markalı avtomobil ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü Qurban Xanlarov, sərnişin olan ailə üzvləri Gülüstan Məhəmmədəli qızı Xanlarova, Sevinc Məhəmmədəli qızı Nöhəlova, Məhəmməd Əli oğlu Nöhəlov, İrfan Eynulla Nöhəlov oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Digər maşının sürücüsü Hidayət Rzayev aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Sərnişin olan 1966-cı il təvəllüdlü Adilə Hilal qızı Rzayeva, 2020-ci il təvəllüdlü Ramiq Turqut oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.




Paylaş:


Müəllif : Tarix:
20-02-2023, 12:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər