reklam
Regionxeberlericom.az » Hadisə » Bu gecə Bakıya qar yağacaq - HAVA PROQNOZU

reklam

Bu gecə Bakıya qar yağacaq - HAVA PROQNOZU


Fevralın 10-da gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə saatlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq.


Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.


Azərbaycanın rayonlarında


Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq.


Yollar buz bağlayacaq.




Paylaş:


Müəllif : Tarix:
9-02-2023, 12:49
Sikayət   


loading...
Загрузка...