Bakıda daha bir narkotik əməliyyatı

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb.
Regionxeberlericom.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, dövriyyədən külli miqdarda - 5 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin çıxarılıb.
Saxlanılanlardan biri, əvvəllər məhkum olunmuş Anar Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olub. O, narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiyini bildirib.
Aşkar edilən faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, ilin əvvəlindən Yasamal RPİ-nin və ərazi Polis Bölmələrinin keçirdiyi əməliyyatlar zamanı qanunsuz dövriyyədən 13 kiloqramdan artıq narkotik vasitə və psoxotrop maddə çıxarılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-01-2023, 17:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"WhatsApp"da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş - Dəhşətli cinayətin TƏFƏRRÜATI

2 saylı Uşaq Xəstəxanasından ŞİKAYƏT – “Analar saçlarını yuduğu üçün isti suyu kəsiblər”

Mülkiyyət və icarə hüququ olmayanların kənd təsərrüfatı torpaqlarındakı evləri ilə bağlı DİN-ə müraciət edilib

Talıbovların daha bir şirkəti üzə çıxdı - Rza Talıbov "Cagteks"ə nə qədər sərmayə qoyub?

BU NƏDİ BELƏ: Mənzillərin qiyməti “göydələn”lərin boyunu aşıb – Bakıda son 15 ilin rekordu