reklam
Regionxeberlericom.az » Hadisə » Ağdaşda ƏMƏLİYYAT: Saxlanılanlar var

reklam

Ağdaşda ƏMƏLİYYAT: Saxlanılanlar var

Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən silsilə tədbirlər zamanı narkotiklərin satışında, saxlanılmasında və daşınmasında şübhəli bilinən 5 nəfər rayon sakini - Tural İsrafilov, Sənan Şükürov, Veyis Abdurəhmanov, Qadir Əliyev və Səftər Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin və marixuana aşkarlanıb.

Saxlanılanlar ifadələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Paylaş:


Müəllif : Tarix:
24-01-2023, 13:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər