reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda qapısı bağlı evdə meyit tapıldı

reklam

Bakıda qapısı bağlı evdə meyit tapıldı


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 16 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları keçirib. 

Nazirlikdən verilən məlumata görə, təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfəri, o cümlədən Zaqatala şəhərində "Niva", "BMW" və "Hyundai" markalı üç minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 1 nəfəri xilas edib, yanğın zamanı 1-i azyaşlı olmaqla 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.




Paylaş:


Müəllif : Tarix:
23-01-2023, 11:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər