Cəlilabadda KÜTLƏVİ HƏBSLƏR: 20 nəfər... - FOTO
Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Mirkənan Mirsüleymanlı rayon ərazisində saxlanılıb. Baxış zamanı onun əlindəki bağlamadan 5 kiloqram 800 qrama yaxın heroin, 3 kiloqrama yaxın marixuana və 20 qram metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı həmin şəxsin xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir nəfər, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Mahir Bağışov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 200 qrama yaxın tiryək və marixuana aşkarlanaraq götürülüb.
Ümumilikdə isə Cəlilabad RPŞ-nin əməkdaşlarının cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 20 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-01-2023, 14:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”