Bakıda "Kalaşnikov" gəzdirənlər tutuldu
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azad Aslanov saxlanılıb.
Onun üzərindən və Maştağa qəsəbəsində yerləşən evindən 3 kiloqrama yaxın heroin aşkar olunub. Azad Aslanov narkotk vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı idarə etdiyi avtomobildə qanunsuz odlu silah-sursat saxlayan şəxs tutulub.
Əməliyyat zamanı Rəşad Rəşidov Bilgəh qəsəbəsi ərazisində saxlanılıb və onun idarə etdiyi “VAZ 21014” markalı avtomobilə baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən həmin şəxsə məxsus 1 ədəd “Kalaşnikov” markalı avtomat, sandıqça və 3 ədəd patron aşkar olunub.
Faktlarla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-01-2023, 12:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”