Bakıda uşaq oğrusuna bu cəza verildi

Bakıda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Hökmə əsasən, 54 yaşlı G.Muradova 3 il müddətinə azadlıqdan mərhum edilib.
İttihama görə, Gültəkin Muradova Sabunçu rayon, Kürdəxanı qəsəbəsindəki evlərin birində qeyri-rəsmi nikahda yaşadığı şəxslə birlikdə kirayə qalıb. O, övlad sahibi olmadığına görə başqasının uşağını götürərək saxlamaq qərarına gəlib. Bu məqsədlə ətrafda olan yaşayış massivlərini gəzib. Həmin əraziləri gəzərkən özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib. Sonda 2 yaşlı Məhəmməd Şıxəliyevin yaşadığı evdə özünü yardımsevər şəxs kimi təqdim edib, ailəyə yardım gətirəcəyini deyib.
2021-ci ilin dekabrın 29-da yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt 2 yaşlı uşaq bacısı Firuzənin yanında olub. Gültəkin Muradova uşağı oğurlayaraq aparıb. 10 günə yaxın uşağı saxlayıb. 2022-ci il yanvarın 8-də polis tərəfindən uşaq tapılıb və anasına təhvil verilib.
G.Muradovanın Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə təqsirli bilinərək həbs olunub
Paylaş:
Müəllif : Yazar
Tarix:13-01-2023, 15:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”