reklam
Regionxeberlericom.az » Hadisə » Bərdədə müəmmalı hadisələr: Sakinləri qorxuya salan kimdir?

reklam

Bərdədə müəmmalı hadisələr: Sakinləri qorxuya salan kimdir?


Bərdə rayonunda paranormal hadisələrin baş verdiyi iddia edilib.


Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.


Bildirilib ki, son bir neçə gündür ki, od tayalarına, tövlələrə od vurulur, evlərin pəncərələri sındırılır, yollara müxtəlif əşyalar düzülərək bağlanır və bütün bunları naməlum bədheybət varlıq törədir.


Qeyd edək ki, insanlar bu hadisədən qorxu keçirdiklərini bildiriblər.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, Bərdə rayonunda paranormal hadisələrin baş verməsi ilə bağlı yayılan məlumatlar şayiə xarakterlidir:


“Belə ki, rayonun Xəsilli kəndində bir qadının naməlum şəxs tərəfindən döyülməsi və Hacıallı kəndində ot tayasının yanması ilə bağlı rayon polis şöbəsinə müraciətlər olunub. Hazırda müvafiq araşdırmalar aparılır, araşdırmaların nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”.




Paylaş:


Müəllif : Tarix:
10-01-2023, 17:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər