reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda könüllü pensiya seqmenti hazırlanır

reklam

Azərbaycanda könüllü pensiya seqmenti hazırlanır


“Azərbaycanda könüllü pensiya seqmenti hazırlanır. Bu layihə Avropa İttifaqı ilə birlikdə həyata keçirilir. Hazırda normativ hüquqi aktlar da aidiyyəti üzrə müzakirə edilir”. 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclası zamanı bildirib. 

“Lakin bir şeyi bilməliyik ki, könüllü pensiya sistemi icbari pensiya sistemini əvəz edən bir şey deyil. Dünyanın hər bir yerində könüllü pensiya sistemi icbari pensiya sisteminə əlavədir. Ona görə də bu sistemin qəbulu əvvəlkinin dayandırılması demək deyil”, - deyə nazir vurğulayıb. 




Paylaş:


Müəllif : Tarix:
11-11-2022, 17:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər