Yalan ifadə verən şəxs məhkəmə zalında həbs edildi

Şəkidə məhkəməyə şahid qismində cəlb edilmiş şəxs yalan ifadə verdiyi üçün həbs edilib.
Ötən il rayon ərazisində Timur Məmmədov adlı şəxs saxlanılıb və onun barəsində cinayət işi açılıb. Bu işlə əlaqədar T.Məmmədovun dostu, 1988-ci il təvəllüdlü Tural Məmmədov şahid qismində istintaqa cəlb edilib.
O, ifadəsində T.Məmmədovla əlaqələri və digər məqamlar barədə ifadələr verib. Daha sonra Timur Məmmədovun məhkəməsi keçirilərkən Turalın ifadələri təsdiqini tapmayıb. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 297.1-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) maddəsi ilə iş açılıb.
İstintaq dövründə onun barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib.
Bir neçə gün əvvəl isə Şəki Şəhər Məhkəməsində Tural barəsində açılmış işə baxılıb. Məhkəmə Tural Məmmədova 4 ay müddətinə həbs cəzası təyin edib və o, məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2022, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB