Saakaşvili ukraynalılardan kömək istəyib - Müraciət
Gürcüstanın keçmiş prezidenti ukraynalıları “FreeMisha” aksiyasına qoşulmağa çağırıb.
Reyting.az xəbər verir ki, hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti, Ukraynada islahatlar üzrə milli şuranın icraiyyə komitəsinin sədri Mixail Saakaşvili ukraynalılardan “Facebook”da başlatdığı “FreeMisha” etiraz aksiyasına dəstək vermələrini istəyib.
Bir qədər əvvəl prezident Vladimir Zelenski demişdi ki, o, şəxsən Ukrayna vətəndaşlığı olan Saakaşvilinin ölkəsinə qaytarılması ilə məşğul olacaq. Amma gürcü prokuror Cardci Tciklauri bəyan etmişdi ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası barədə məsələyə baxılmır.
Sabiq prezident özü bununla bağlı sosial şəbəkədə aşağıdakıları yazıb: “Bütün işgəncələrə və səhnələşdirilmiş siyasi prosesə baxmayaraq (cinayət işinə bu qiyməti beynəlxalq hüquq müdafiə təşkilatı - Amnesty International verib), mən sınmadım. Mənim üçün ən böyük təhqir müdafiəm üçün keçirilən çoxsaylı aksiyalarda polisin Ukraynanın milli bayrağını ayaqlar altına atıb tapdaması oldu. İndi sizə kömək üçün müraciət edirəm. “Facebook”da “FreeMisha” kampaniyasına qoşulun, maşınlarınıza bu şüarı yapışdırın! Hamınızı sevirəm!”
Paylaş:
Müəllif : Yazar
Tarix:13-12-2021, 13:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA