reklam
Regionxeberlericom.az » Gündəm » Ucarda valideynin təhsil narazılığı: “Övladım məktəbsiz qalıb”

reklam

Ucarda valideynin təhsil narazılığı: “Övladım məktəbsiz qalıb”










Ucar rayon sakini Purqafari Azər Ələsgər oğlu təhsil sahəsində üzləşdiyi qanunsuzluq barədə mətbuata müraciət edib. Onun sözlərinə görə, övladı Purqafari Mirkamil Azər oğlu bu ildən 5-ci sinifə getməlidir. Ailə Ucarın Qulabənd kəndindən rayon mərkəzinə köçsə də, övladının Ucar şəhər 3 №-li tam orta məktəbə qəbuluna imkan yaradılmır.

Valideyn bildirir ki, məktəbin direktoru Qızqayıt Əhmədova “yerdəyişmənin vaxtı bitib” bəhanəsi ilə uşağı məktəbə qəbul etmir:

“İki ay əvvəl direktorla görüşüb məsələni qaldırmışam. Hər dəfə məni məzuniyyətdə olduğunu deyərək aldatdı. Bu gün isə – dərslərin ilk günü – mənə bildirdilər ki, artıq vaxt keçib. Nəticədə övladım məktəbsiz qalıb.”

Şikayətçi əlavə edir ki, məsələ ilə bağlı dəfələrlə müraciət etsə də, Ucar rayon Təhsil Sektorunun müdiri Rahib Bürcəliyev də vəziyyətə müdaxilə etmir:

“Rayonda bağçalara ali təhsili olmayan şəxslər müdir təyin olunur, məktəblərdə normal tədris yoxdur. Şagirdlər dərsdən sonra repetitor yanına getməyə məcbur qalır. Bu, Ucar təhsilinin acınacaqlı vəziyyətdə olduğunun göstəricisidir.”

Purqafari Azər Ələsgər oğlu artıq Elm və Təhsil Nazirliyinin qaynar xəttinə də müraciət etdiyini deyir. O, Elm və Təhsil Naziri Emin Əmrullayevə çağırış edərək, Ucar rayonunda təhsil müəssisələrinin, məktəb və bağçaların ciddi şəkildə yoxlanılmasını, övladının təhsil hüququnun bərpa edilməsini xahiş edir.

RegionXəbərləricom.az

 




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 08:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər