reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şahdağa qar yağıb - Faktiki hava

reklam

Şahdağa qar yağıb - Faktiki hava
















Azərbaycanda sentyabrın 14-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bildirilir ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub. Yüksək dağlıq ərazilərdə Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Astarada 68, Zaqatalada 64, Lənkəranda 60, Balakəndə 50, Sarıbaşda (Qax) 27, Lerikdə 23, Yardımlıda 17, Qəbələdə 14, Cəfərxanda 10, Sabirabadda 9, Kişçay (Şəki), Oğuz, Qrız, Xınalıq, İmişli, Qusar, Şamaxı, Altıağac, Bərdə, Tərtər, Kürdəmir, Xaltan, Qobustan, Quba, Yevlax, Göyçay, Beyləqan, Gədəbəy, Biləsuvar, Şəmkir, Şirvan, Şabran, Neftçala, Füzuli, Zəngilan, Şuşa eləcə də Bakıda və Abşeron yarımadasında 8 mm-dək qeydə alınır.

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Balakən rayonu ərazisindən keçən Balakənçaydan sel keçir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Neftçalada 20, Culfada 18 m/s-dək güclənib.

Balakən, Sarıbaş (Qax), Kişçay (Şəki), Qırız, Şahdağ, Daşkəsən, Lerik, Göyçada duman müşahidə olunmuşdur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər