Çeçen nümayişçi Moskvada OMON-nun 4 əməkdaşını döydü - VİDEO
Rusiyanın müxalifət lideri Aleksey Navalnının tərəfdarlarının yanvarın 23-də paytaxt Moskvada keçirdiyi mitinqdə çeçen əsilli gənc Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) bir neçə əməkdaşlarına qarşı təkbaşına əlbəyaxa davaya çıxıb.
Davanın videosu sosial şəbəkələrdə geniş yayılıb.
Belə ki, Moskva Dövlət Universitetinin tələbəsi, 20 yaşlı Səidməhəmməd Cumayev onu saxlamağa çalışan xüsusi təyinatlı polis dəstəsinin 4 üzvünə təkbaşına müqavimət göstərərək onlara bir neçə zərbə endirib.
Video sosial şəbəkələrdə yayılandan sonra Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun müşaviri, Dövlət Dumasının deputatı Adəm Dəlimxanov instaqramda həmin çeçen gəncə videomüraciət edib:
“Bildiyiniz kimi, Moskva və digər bölgələrdə şeytanlar mitinqlər edir… Hamımız sosial şəbəkədə çeçen gəncin dövlət işçilərinə qarşı yumruq atdığını görmüşük. Sənin etdiyin cinayətdir… Çünki Navalnı kimi kişinin kişi ilə evlənməsini normal sayan insanlar bizə uyğun deyil və uyğun olmayıb da. Biz sənin atan ilə danışmışıq. Əgər sən bu mövqeyi qəbul etmirsənsə, əgər igidlik, çeçen, müsəlman mövqeyini seçirsənsə, sən mesaj qutusuna yazar və ya bizimlə, mənim dostlarımla əlaqəyə girərsən… Əgər sən onların mövqeyini qəbul edirsənsə, heç kimdən qaçmamalı, sonacan onların arxasınca getməlisən. Səninlə və sənin mövqeyini paylaşanlarla necə davranacağımızı bilirik. Yox, əgər onların mövqeyini qəbul etmirsənsə, bizim padişahımız Hacı Ramzan (Ramzan Kadırovu nəzərdə tutur – “Report”) sən ortaya çıxan kimi qanunla bağlı məsələdə sənə kömək edəcəyini bildirib”.
Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.
A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 85 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin Avropanın bir çox şəhərlərində kütləvi mitinqlər keçirilib. Hüquq-mühafizə orqanları mitinqin razılaşdırılmadığını əsas gətirərək nümayişçilərə qarşı sərt müdaxilələr edib, minlərlə insanı həbs edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-01-2021, 14:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-01-2021, 14:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Millət vəkili Tahir Mirkişili: "Auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac var"
Bu gün, 10:10
Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO+ FOTO
Bu gün, 09:54
Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR: Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? ŞİKAYƏT - FOTO/VİDEO
Bu gün, 09:50
Rəcəb Babaşov birinci qrup gözdən əlilə zülüm edir - Bu Allahsızlıqdır, görün bizi nə günə qoyublar (VİDEO)
Bu gün, 09:26
İmtahan günü peyda olub, "pul qıran" əmanət köşkü... - DİM deyir ki, "bizə heç bir aidiyyəti yoxdur"
Dünən, 21:59
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT
Dünən, 14:54
İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO
Dünən, 10:00
Deputatdan təklif: Bu qızların qarşısı alınsın, normal qadınların sevgi tapmasına mane olurlar
Dünən, 09:00
ABŞ niyə Ukraynanı İsrailin səması kimi qorumur? – Dövlət Departamenti səbəbləri açıqladı
Dünən, 08:33