İlkinin polis qohumu Murad saxlanıldı? – Rəsmi
İlkin Süleymanovun əmisi oğlu, polis əməkdaşı Murad Süleymanov polis nəzarətindədir.
regionxeberlericom.az bildirir ki, bu barədə Axar.az-a Murad Süleymanovun Tovuz rayonu Dondar Quşçu kəndində yaşayan yaxınları bildirib. Onlar iddia ediblər ki, M.Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi barədə söylədiyi iddialara görə polis tərəfindən nəzarətə götürülüb.
Məsələ ilə bağlı saytımızın sorğusuna cavab olaraq DİN-nin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasimov bildirib ki, Murad Süleymanovun nəzarətə götürülməsi və ya saxlanılması barədə yayılan xəbərlər əsassızdır:
“Murad Süleymanovun nəzarətə götürülməsi, saxlanılması əsassız iddiadır. Hazırda o, Tovuzda deyil, telefon nömrəsinə də zəng çatmır”.
Eşqin Qasımov M.Süleymanovun işdən azad edilmək üçün ərizə yazmadığını da qeyd edib:
“Açıqlama vermişdi ki, işdən azad edilməsi ilə bağlı ərizə yazıb. Amma Murad Süleymanovun Tovuz Rayon Polis Şöbəsində rəsmi ərizəsi yoxdur. Hazırda polis əməkdaşı vəzifəsindən azad edilməyib”.
Qeyd edək ki, Murad Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi zamanı əmisi oğlu, qətldə şübhəli bilinərək saxlanılan İlkinin evində icazəsiz axtarış aparılması, polis yoldaşlarının ona hörmətsizlik etməsi və İlkinin şərlənərək həbs edildiyi, hətta özünün də şərlənmə ilə üz-üzə qalması barədə iddialar səsləndirmiş və buna görə də xidmətdən azad olunmaq üçün ərizə ilə müraciət etdiyini bildirmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-02-2020, 13:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-02-2020, 13:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 15:32
Sabirabadın Poladtuğay kəndindən ŞİKAYƏT: Ətin qiymətinin qalxmasının səbəblərindən biri də ...
Dünən, 09:51
Kürdəmir Rayon Xəstəxabasının təzə başa həkimi həm yenilik etmək istəyir, həm də etmir...- ŞİKAYƏT /VİDEO/FOTO
Dünən, 08:29
Əmək müqaviləsi bağlayarkən bərabər tərəf olsalar da, bu sahədə işəgötürənlərin işçiyə qarşı müəyyən üstünlükləri var
22-04-2024, 13:02
“AAAF Park”da binaların altında nə gizlənir? – Tofiq Heydərov haqda Kəmaləddin Heydərova Fakt/Foto Bu gün, 12:28
22-04-2024, 12:51
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
22-04-2024, 11:11