“Lukoil” vəzifəlisi özbək fəhlələri “qoyun sürüsü” adlandırdı - "...gedin öz qışlaqlarınıza"

Rusiyanın “Lukoil” şirkətinin Özbəkistan ofisinin vəzifəli şəxsi özbək fəhlələri “qoyun sürüsü” adlandırıb və onlardan “öz qışlaqlarına getməyi” tələb edib.
regionxeberlericom.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə təhqir olunan fəhlələr “Azadlıq” radiosunun özbək xidmətinə müraciət ediblər və “Lukoil” vəzifəlisinin onları necə təhqir etdiyinə dair videonu da çatdırıblar. İnsident isə Qaşqadərya vilayətindəki “Carkuduk” qaz kompleksində baş verib.
Özbək fəhlələri təhqir edən şəxsin adı İvan Şilovdur. O, “Lukoil Özbəkistan” əməliyyat şirkətinin baş energetikdir. Kadrlara əsasən çölük ərazidə tikanlı məftillə əhatə olunmuş inzibati binada qara eynəkli “Lukoil” vəzifəlisi əvvəlcə kompüter arxasında oturmuş özbək işçini hansısa səhvə görə danlayır. Sonra çölə çıxır və yerli fəhlələri təhqir edir, onları söyür və “qoyun sürüsü” adlandırır. “Gedin evlərinizə, b..., rədd olub gedin öz qışlaqlarınıza”,-o rusca deyir.
“Lukoil” şirkətinin Özbəkistan ofisindən bu videokadrların həqiqiliyini təsdiq ediblər, amma özbək fəhlələri təhqir edən əməkdaşa qarşı hansısa tədbirin görüləcəyi barədə heç nə deməyiblər. İşçilər isə bildirir ki, “Lukoil” rəhbərliyinin yerli işçiləri təhqir etməsi adi praktikadır və onların şikayətlərinə məhəl qoyan yoxdur.
Qeyd edək ki, Azərbaycanda da əvvəllər neft sektorunda işləyən xarici şirkətlərin yerli fəhlələri təhqir etməsinə, onlarla kobud davranmasına dair faktlar dəfələrlə qeydə alınıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-11-2019, 11:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-11-2019, 11:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
1-08-2025, 09:08
31-07-2025, 21:46
31-07-2025, 11:01
31-07-2025, 10:24

Müğənnilərə yüksək məbləğdə pullar verərək özünə bahalı ad günü keçirən "Vüsal-300" kimdir? - VİDEO

Laçınlı məcburi köçkünlərdən Prezidentə və Elm və Təhsil Nazirliyinə müraciət: “Şəhidin adını daşıyan məktəb bağlanmasın”

“AYNA” ya dövlətdən ayrılan vəsait necə sərf olunub? Kondisionerli dayanacaqlar əfsanəsi....