reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda 19 yaşlı oğlan azyaşlı qıza qarşı seksual hərəkətlər etdi, həbs olundu

reklam

Azərbaycanda 19 yaşlı oğlan azyaşlı qıza qarşı seksual hərəkətlər etdi, həbs olundu








Yevlax rayonunda 2006-cı il təvəllüdlü Asif yeniyetməlik dövrünə çatmayan sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib) qarşı seksual hərəkətlər edib.

RegionXəbərləricom.az Teleqraf.com-a istinadla xəbər verir ki, Mingəçevir şəhər sakini Asif əvvəllər tanıdığı, aralarında sevgi münasibətləri olan 2011-ci il təvəllüdlü Aydanın 14 yaşına çatmadığını bilib və onunla ər-arvad münasibətinə girərək birlikdə yaşamaq barədə razılığa gəlib.

Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayının ortalarında, istintaqla dəqiq müəyyən edilə bilməyən gündə zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Yevlax şəhərində yerləşən fərdi yaşayış evinə gedib. O, orada qızla birlikdə yaşadıqları müddətdə ilk dəfə oktyabrın 20-də həmin evin yataq otağında könüllü razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bundan başqa, o, Aydanla oktyabrın sonlarında cinsi əlaqədə olub, onun qızlıq bəkarətinin tamlığını pozub. Təqsirləndirilən şəxs oktyabr-dekabr aylarının müxtəlif günlərində yeniyetməlik dövrünə çatmayan qızla dəfələrlə cinsi münasibətdə olub.

İstintaq orqanı tərəfindən Asifin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs 8-ci sinfə qədər orta təhsil alıb:

"Mən bir neçə dəfə onunla cinsi əlaqədə olmuşam. Bu zaman o, mənə 16 yaşının olduğunu demişdi. Zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsinə baxmamışam və onun anası mənə qızının şəxsiyyət vəsiqəsinin nənəsində olduğunu deyib".

Məhkəmədə məlum olub ki, müttəhimin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb.

Təqsirləndirilən şəxsin həmin ifadəsində göstərilib ki, hadisədən təxminən 6-7 ay əvvəl Yevlax şəhər sakini olan zərərçəkmiş ilə sevgi münasibətləri yaşayıb:

"Aydan ilə evlənmək istədim. Bununla bağlı həm özümün, həm də Aydanın valideynlərinə məlumat verdim. Onlar buna etiraz etmədilər. Lakin valideynlərim zərərçəkənin yaşının tamam olmasını gözləməli olduğumuzu dedilər. Buna baxmayaraq, 2024-cü ilin oktyabrın ortalarında qız mənim yaşadığım evə gəldi, birlikdə yaşamaq istədiyini, məndən ayrı yaşamaq istəmədiyini dedi. Aydanı öz evinə göndərə biləməyəcəyim üçün evimdə qalmasına razılıq verdim. Anam Nəsibə ilə zərərçəkmiş şəxsin anası Qəmər onun bizim evdə qalmasına razılıq verdilər. Qızın nikah yaşına çatanadək anam ilə birlikdə bir otaqda qalmalı olduğuna dair razılaşdıq".

Müttəhimin ifadəsinə görə, zərərçəkmiş onun evinə gəldikdən sonra ilk dəfə onunla öz yataq otağında oktyabrın 20-də günorta saatlarında qeyri-təbii yolla cinsi əlaqədə olub:

"Bundan sonra 2024-cü ilin oktyabr ayının sonlarında günorta saatlarında təbii yolla cinsi münasibətdə olduq, bu zaman zərərçəkmiş şəxsin qızlıq bəkarəti tamlığı pozuldu. Daha sonra 2024-cü ilin noyabr ayının əvvəllərində günorta saatlarında, 2024-cü ilin noyabr ayının ortalarında günorta saatlarında və sonuncu dəfə isə 2024-cü ilin noyabr ayının sonlarında günorta saatlarında zərərçəkmiş şəxs ilə təbii yolla öz yataq otağımda cinsi əlaqədə olmuşam. Bundan sonra isə polis şöbəsində araşdırma aparıldığından zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmamışam. Mən Aydanı 2009-cu ildə doğulmaqla 15 yaşının olduğunu zənn etmişəm. Aydanın evimə gəlməsi və ya mənimlə cinsi əlaqədə olması üçün hər hansı təsir göstərməmişəm, hədə-qorxu gəlməmişəm və fiziki müdaxilə etməmişəm".

İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, təxminən bir ildir Asif ilə sevgi münasibətləri yaşayıb:

"O, mənim azyaşlı olduğumu bilib. Lakin dəqiq yaşımı bilməyib. Təqsirləndirilən şəxs ilə evlənmək qərarına gəldiyim üçün onunla bir evdə yaşamaq məqsədilə öz razılığım ilə 2024-cü ilin oktyabrın ortalarında onun evinə getdim. Həmin gündən sonra birlikdə həmin evdə yaşamağa başladıq. Mən gecə saatlarında anasının yatdığı otaqda yatdığım üçün onunla öz istəyim ilə ilk dəfə oktyabrın 20-də günorta saatlarında qeyri-təbii yolla cinsi əlaqədə oldum. Bundan sonra oktyabrın sonlarında günorta saatlarında təbii yolla cinsi münasibətə girdik. Həmin cinsi əlaqə zamanı qızlıq bəkarətim pozuldu".

Aydanın ifadəsinə görə, daha sonra noyabrın əvvəllərində günorta saatlarında, noyabrın ortalarında günorta saatlarında və sonuncu dəfə isə həmin ayın sonlarında günorta saatlarında təqsirləndirilən şəxslə cinsi əlaqədə olub:

"Lakin dəqiq olaraq hansı günlərdə cinsi əlaqədə olduğumu xatırlamıram. Anam təqsirləndirilən şəxsin yaşadığı evə gəldi və onun anası ilə söhbət etdi. Valideynlərim bizim gələcəkdə evlənməyimiz ilə bağlı razılığa gəldilər. Cinsi əlaqə aktının mahiyyətini dərk etmişəm. Əvvəllər hər hansı şəxsin cinsi əlaqədə olduğunu real olaraq görməsəm də, mobil telefonumda pornoqrafik videolara baxmışam. Cinsi əlaqədə olan zaman hamilə qalmamağıma diqqət yetirmişik. Təqsirləndirilən şəxslə barışmışam, ona qarşı hər hansı şikayətim yoxdur".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Asif 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalında həbsə alınıb.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər