reklam
Regionxeberlericom.az » Hadisə » Təcridxanaya diş məcununun içində narkotik keçirmək istədilər - Foto

reklam

Təcridxanaya diş məcununun içində narkotik keçirmək istədilər - Foto
















Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Həbsdə olan Vahid Kazımova göndərilmiş banderola baxış keçirilən zamanı diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülü aşkarlanıb.

Aşkarlanan maddənin ümumi çəkisi 0,352 qram olan metadon olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Qurumdan bildirilib ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır.




Paylaş:


Müəllif : Tarix:
15-05-2025, 13:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər