Rusiyalı qubernator azərbaycanlı bloqerin cəzalandırılmasını istəyir - VİDEO
Samara vilayətinin qubernatoru Dmitri Azarov azərbaycan əsilli bloqer Hüseyn Həsənovun ən qısa vaxtda və sərt cəzalandırılmasını istəyib.
Oxu.Az xəbər verir ki, Hüseyn Həsənovun gecə yarısı dostları ilə birgə keçirdiyi avtomobil yarışı qubernatorun qəzəbinə tuş gəlib.
Qubernator qeyd edib ki, gecə yarışı iştirakçılarının nümayişkaranə şəkildə qanunları pozması yeniyetmələri bu cür hərəkətlərə təhrik edir.
Qeyd edək ki, “gecə avtoxuliqanları” Samaradakı yarışı videoya çəkərək sosial şəbəkələrdə yayıb.
Xatırladaq ki, məşhur bloqer Hüseyn Həsənov oktyabrın 6-da 12 avtomobildən ibarət karvanla Samara şəhərində gecə yarış keçirib.
H.Həsənov Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir.
Onun 11 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov durmadan müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-10-2019, 15:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Samara vilayətinin qubernatoru Dmitri Azarov azərbaycan əsilli bloqer Hüseyn Həsənovun ən qısa vaxtda və sərt cəzalandırılmasını istəyib.
Paylaş:
Müəllif :
Yazar
Tarix:9-10-2019, 15:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:03
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
Dünən, 11:29
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
Dünən, 11:28
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.
Dünən, 11:14
" 4 ildir məni aldadırlar..." - Raket zərbəsindən xəsarət alan Gəncə sakini Prezidentə müraciət etdi...
17-05-2024, 15:10
Körpə Zəhra təcili Türkiyəyə getməlidir: Anası qızıllarını satsa da, məbləğ tamamlanmayıb - FOTO
17-05-2024, 10:31