Qazaxıstanda dəhşətli daşqınlar: 3600-dən çox evi su basıb

Qazaxıstanda daşqınlar nəticəsində 3600-dən çox fərdi yaşayış evi suyun altında qalıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin məlumat verib.
“Hazırda Atırau, Akmola, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində 3 686 fərdi yaşayış evi, 557 həyətyanı sahə və 1 822 bağ evi su altında qalıb. Daşqınlar başlayandan indiyədək 72 029 nəfər xilas edilib ki, onlardan 16 078-i uşaqdır”, - Orazalin brifinqdə deyib.
Onun sözlərinə görə, müvəqqəti yerləşdirmə mərkəzlərində 14368 nəfər var ki, onlardan 7200-ü uşaqdır.
Fövqəladə Hallar və Müdafiə nazirlikləri, eləcə də Milli Qvardiyanın təyyarələrindən istifadə edilməklə xilasetmə işləri davam etdirilir.
Daşqınlar səbəbindən ölkənin 10 rayonunda yerli fövqəladə vəziyyət elan edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-04-2024, 12:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.