reklam
Regionxeberlericom.az » Gündəm » Vidadi İsayev bilirmi ki Bərdənin belə kəndləri də var... - 21-ci əsrdə ibtidai icma şərtləri...

reklam

Vidadi İsayev bilirmi ki Bərdənin belə kəndləri də var... - 21-ci əsrdə ibtidai icma şərtləri...












Bərdənin Qaradırnaq kəndində, necə deyərlər problem xirtdəyəcəndir. Kəndin içməli su, yol problemləri ilə yanaşı işıq və kommunikasiya xətləri də bir işə yaramır.

Qışın palçığında, yayın tozunda yerimək mümkün olmayan yolların apardığı Qaradırnaq və Hüseynalılar kənd sakinləri bu barədə Bizim.Media-nın yerli bürosuna məlumat verib.

Kəndin telefon və işıq xəttini daşıyan dirəklər artıq özünü saxlamaq iqtidarında deyil. Sakinlər deyir ki, hava küləkli olanda dirək yellənməyə başlayır və elektrik enerjisinin verilişində problem olur. 1970-ci illərdə basdırıldığı deyilən işıq dirəkləri demək olar ki, istismar müddətini başa vurub.

Bundan başqa kəndin içməli su problemi də qabarıq şəkildə özünü göstərir. Belə ki, sakinlər içməli suyu 2 kilometr məsafədən daşıyır. Bildirilir ki, minik maşını olmay sakinlər suyu əllə daşımağa məcbur olur...

Hüseynalılar və Qaradırnaq kəndi bir inzibati ərazi vahidliyindən idarə olunur. Ümumilikdə kənddə üç mindən çox insan yaşayır. Kənd rəsmiləri ilə yaşanan çətinliklərlə bağlı əlaqə saxlamağa çalışdıq.

Zəngimizə cavab verən inzibati ərazi dairəsinin rəsmisi Mobil Naibov kənddə sadalanan problemlərin olduğunu təsdiqləyib, sonra ətraflı məlumat verəcəyini bildirib.

Kəndin içməli su məsələsi ilə bağlı “Azərsu” Səhmdar Cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı Bizim.Media-nın sorğusuna cavab olaraq sözügedən çətinlikdən xəbərdar olduğu bildirilib.

Əlavə olaraq qeyd edib ki, o kəndlərin heç birinə “Azərsu” xidmət göstərmir:

“Orada vətəndaşlar fərdi qaydada qaynama artezyandan isdifadə ediblər. Hazırda qaynanaların da məhsuldarlığı azalıb. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bu gün “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən işğaldan azad edilmiş ərazilər və Naxçıvan istisna olmaqla mövcud 3300-dən artıq kəndin təxminən 1100-nə xidmət göstərir. Qalan kəndlərdə vətəndaşlar tələbatlarını ya fərdi qaydada ödəyirlər, ya mineral su təsərrüfatı ASC-nin, ya da bələdiyyələrin balansında olan artezyanlardan istifadə edirlər".

Kəndin işıq problemi ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat Xidməti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda Bərdənin Hüseynalılar kəndində qaldırılan məsələ ilə bağlı müəyyən iş aparılır.

Tezliklə oradakı problemlər aradan qaldırılacaq. Amma Qaradırnaq kəndindəki elektrik ötürücülərinin vəziyyəti ilə bağlı tanışlıqdan sonra məlum olub ki, burada ciddi layihələndirmə işinə ehtiyac var.

Hazırda layihələndirilmə işlərinə başlaınılıb. Bu kəndin də işıq problemi 2023-cü ilin iş planı çərçivəsində həll ediləcək.

Kəndin yol problemi və başq infrastruktur məslələri yerli orqanlar tərəfindən qaldırılmadığına görə, demək olar ki, heç bir dövlər qurumunun bundan xəbəri yoxdur demək olar. Ona görə də necə deyərlər, bir az da siz qeyrət edin, ay kənd sakinləri.

Bizim.media





Paylaş:


Müəllif : Tarix:
7-02-2023, 12:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər