reklam
Regionxeberlericom.az » Gündəm » Naxçıvanın yeni rəhbərliyindən razılıq edənlər var - Nə düzdür, düzdür...

reklam

Naxçıvanın yeni rəhbərliyindən razılıq edənlər var - Nə düzdür, düzdür...


Bu gün redaksiyamıza iki telefon zəngi olub. Zəng edənlərdən biri bir müddət əvvəl şikayətini işıqlandırdığımız Culfa sakini idi. Adının açıqlanmasını istəməyən şikayətçinin bildirdiyinə görə, eyni məsələ ilə bağlı Naxçıvan MR-in yeni Daxili İşlər naziri Süleyman Neymətovun qəbulunda olub. Şikayətçini gülərüzlə qarşılayan nazir onu diqqətlə dinləyib və problemini həll edəcəyinə söz verib. Vətəndaş nazir barədə ağız dolusu danışır və onun mədəni davranışlarından razılıq edirdi.

Doğrusu, Süleyman müəllimin təyinatı zamanı bəzi çevrələrin onun barəsində pessimist fikirlər söyləməsindən bərk narahat olmuşduq. Vətəndaşın bu xoş sözləri bizi də bir xeyli rahatlatdı.

Digər bir şikayətçi isə ötən cümə günü Ovqat.com-da və şənbə günü Kanal 13-də şikayətini işıqlandırdığımız gömrük xidmət polkovnik-leytenantı Süsənbər Ağamalıyeva idi. Şikayətində saxta sənədlərə qol çəkmədiyi üçün Naxçıvan DGX-nin sabiq rəisi Səhət Həbibbəyli tərəfindən ruhi xəstə damğası ilə işdən çıxarıldığını deyən Süsənbər xanımın iddiasına görə, bu saxta fakt 2021-ci ilin avqust ayında köhnə rəhbərliyin sifarişi əsasında Muxtar Respublikanın Psixoloji Xəstəliklər Dispanserinin Baş həkimi Rəşadət Nabatovun rəhbərliyi altında qurulan komissiyanın qərarı ilə təsdiqlənib və o, Gömrük Mühafizə Xidmətindən İnzibati İdarəetməninin təşkili Bölməsinin rəisi vəzifəsindən azad olunub.

Bu gün səhər tezdən Naxçıvan Baş Gömrük İdarəsindən Süsənbər xanıma zəng edilib. Ona şikayətinin artıq araşdırıldığına dair müjdə verilib.

Biz də, vətəndaşların şikayətini obyektiv araşdıracağına ümid etdiyimiz Naxçıvanın yeni rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. //Ovqat.com//




Paylaş:


Müəllif : Tarix:
6-02-2023, 12:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər