reklam
Regionxeberlericom.az » Gündəm » Göyçaylı məmurun talançılıq yolu ilə əldə etdiyi göz qamaşdıran əmlakları-(Video-FAKT)

reklam

Göyçaylı məmurun talançılıq yolu ilə əldə etdiyi göz qamaşdıran əmlakları-(Video-FAKT)
















RegionXəbərləricom.az-a Göyçay rayon sakini 1-ci qrup hərbi əlil ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən növbəti şikayət məktubu daxil olub.Məhəmmədəli Səmədov Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyevin korrupsiya əməlləri barədə video və foto faktları mətbuata təqim edib.

"Cənab Prezident! Yazaraq Sizi məlumatlandırmaq istəyirəm ki, Göyçay rayon Mənzil İstismar İdarəsi "monarxiya" prinsipi ilə idarə olunur. Belə ki, Ayaz Səfərəliyev təxminən 2016-cı ildə sözü gedən idarəyə rəis təyin edilmiş və o, 2022-ci ilin sonuna qədər öz taxtı-tacını qoruyub saxlamağı bacarmışdır. Lakin bu ilin əvvəlindən isə Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin müdiri təyin olmuşdur. O, Göyçay Rayon Mənzil İstismar İdarəsində kifayət qədər korrupsiya və nöqsanlara yol vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci (Müraciət etmək hüququ) maddəsini və Sizin vətəndaşlara "Məmur özbaşınalıqları gördüyünüz zaman məni məlumatlandırın, məktub yazın, siqnal verin və s.." göstərişinizi rəhbər tutaraq adı çəkilən şəxsin qanunsuzluqlarını bircə-bircə təqdim edəcəm. Ayaz Səfərəliyev bütün yaxınlarını, qohum-əqrəbalarını ətrafına toplayaraq onları öz yanında işə götürmüşdür. Məsələn: bacısı oğlu Turalı sürücü, qardaşı oğulları Səfəralını və Cavidanı "buxaltır" köməkçisi, xalası oğlu İdrisi və Mahmudu usta olaraq, Mahmudun oğlunu fəhlə qismində işə götürmüşdür, lakin o, gündəlik işə gəlib-gedənlərdən deyil. Həmçinin, idarənin adını bilmədiyim tabelçisi də Ayazın qohumlarındandır. Bundan əlavə, oradakı yüksək vəzifə sahiblərindən bir nəfər vardır ki, onun övladının və həyat yoldaşının, həmçinin də bir neçə nəfər tanışının adı Göyçay Mənzil İstismar İdarəsində getdiyi halda, özləri gündəlik işə çıxmırlar. İdarədə bu cür qayda ilə, yəni ki, adı işdə, ancaq özü evində oturaraq maaş alanlardan biri də "molla"lıqla, məşğuldur, digəri musiqiçidir, biri avtomobil ustasıdır. Təəssüflər olsun ki, gündəlik işə çıxan işçilərin sayı olduqca azdır. Həmin fəhlələr öz aralarında dəstələrə bölüşüblər. Fəhlələr: Ramiz, Təbriz, Amal, Ayaz, Münəvvər, Bəhruz Nüsrət, Qubad, Azər, Gündüz, Müdahət, Ayaz, Samir, Sadiq, Röyal, Sübhan adlı şəxslərdir. Vəzifəlilər: Çingiz, Qələnfil və A. Səfərəliyevin "tabelçi" qohumundan ibarətdir. 

  Ayaz Səfərəliyevin sahib olduğu var-dövlətin mənə məlum olan hissəsini xatırlayanda isə əlim ağzımda qalır. O, Göyçay Mənzil İstismar İdarəsində aylıq cəmi 500-600 manat məbləğində maaş alırdı. Buna rəğmən, ona məxsus şəhərin Nizami küçəsində "1001 xırdavat" mağası fəaliyyət göstərir. Hansı ki, xalası oğlunun istifadəsindədir. Eyni zamanda Cəyirli yolu istiqamətində böyük, hər növ tikinti və xırdavat mallarının satışını həyata keçirən "Tikinti materialları" mağazası mövcuddur. Bu azmış kimi, yaşadığı Cəyirli kəndinin müxtəlif yerlərində hektarlarla xurma və qarışıq meyvə bağları vardır. Həmin bağlardakı meyvələrin ağacdan yığılmasını və daşınmasını əksər vaxtlarda Göyçay Mənzil İstismar İdarəsinin fəhlələrinə tapşırarmış. Yaşadığı mənzilə gəldikdə isə, o qədər möhtəşəmdir ki, elə bil ABŞ prezidenti Co Baydenlə rəqabət apararaq öz evini onun  oturduğu "Ağ ev"lə  bəhsəbəhs inşa etdirmişdir. Sürdüyü avtomobil isə "Toyota Prado"dur ki, ən ucuzunun qiyməti minimum 30 min manatdan başlayır. Oğlunu "SOCAR"-da və hansısa yüksək maaşlı yerdə işə qoyub. Yuxarıda qeyd etdiyim kimi, aylıq 500-600 manat məbləğində maaş alan "məmur" sadalağım qədər və ya daha artıq var-dövlətə yiyələnmişdirsə, deməli o, dövlətə xəyanət etmiş sayılır. Yanılmıramsa, bir müddət qabaq dövlət tərəfindən idarəyə verilmiş invertar "Zil" markalı avtomobil, sonradan Ayaz Səfərəliyevin əli ilə özəlləşdirilərək bacısı oğlu Turalı hədiyyə edilmişdir.

  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya şəbəkəsi yaradan şəxsin daha yüksək vəzifəyə təyin edilməsi isə yolverilməzdir. Bu, "Saqqaldan götürüb, bığa qoymaq" kimi şeydir. O, özünü yeni icra başçısının qarşısında "süddən çıxmış ağ qaşıq" qismində göstərərək vəzifəsini yüksəltdirmişdir. Hazırki vəziyyətdə onun Göyçay RİH-nin Arxitektura və Memarlıq Şöbəsinin müdiri olmasını, rayonumuzda gedən təmir-abadlıq, quruculuq işlərinə kölgə saldığını hesab edirəm. 

  Hörmətli cənab Prezident! Qənaətimcə, adı işdə gedib, özləri gündəlik çıxmayan işçilərin qanunsuzluqlarında bilavasitə Ayaz Səfərəliyevin maddi xeyiri olmasaydı, o, buna əsla imkan verməzdi. Məhz ona görə də həmin işçilərin maaş kartlarının bankomatlardan hər ay kimlər tərəfindən alınması, tabeldəki imzalarının mütəmadi şəkildə və şəxslərin özlərinin olub-olmaması, Ayaz Səfərəliyevin varidatının hansı üsullarla əldə edilməsi araşdırılmalıdır.

 Sizdən çox xahiş edirəm, Ayaz Səfərəliyevin yurd-yuva salaraq çirkaba bulaşdırdığı Göyçay Rayon Mənzil İstismar İdarəsində mənim də yaxından iştirakımla geniş, obyektiv yoxlamalar aparılması, habelə mənim təhlükəsizliyimin təmin olunması üçün tapşırıq verəsiniz.  Çox ümid edirəm ki, Ayaz Səfərəliyev Azərbaycan Respublikasının qanunlarının müvafiq maddələri ilə ədalətli və layiqli cəzasını alacaqdır".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləricom.az 

    




Paylaş:


Müəllif : Tarix:
6-02-2023, 08:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər