Zaur Mirzəzadənin işi yenidən araşdırılacaq - Vəkilindən AÇIQLAMA
Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda məhkum şəxs barəsindəki qərar ləğv edilib.
Zaur Mirzəzadənin vəkili Kamran Musayev APA-ya bildirib ki, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Baxış iclası yaxın günlərdə keçiriləcək.
Xatırladaq ki, Zaur Mirzəzadə və daha 4 nəfər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.
Zaur Mirzəzadə həm də "bakutime.az", "xalq.az" saytının rəhbəri idi.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-01-2023, 13:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"WhatsApp"da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş - Dəhşətli cinayətin TƏFƏRRÜATI

2 saylı Uşaq Xəstəxanasından ŞİKAYƏT – “Analar saçlarını yuduğu üçün isti suyu kəsiblər”

Mülkiyyət və icarə hüququ olmayanların kənd təsərrüfatı torpaqlarındakı evləri ilə bağlı DİN-ə müraciət edilib

Talıbovların daha bir şirkəti üzə çıxdı - Rza Talıbov "Cagteks"ə nə qədər sərmayə qoyub?

BU NƏDİ BELƏ: Mənzillərin qiyməti “göydələn”lərin boyunu aşıb – Bakıda son 15 ilin rekordu