reklam
Regionxeberlericom.az » Gündəm » Ucarda orta məktəbdə rəzalət-ŞİKAYƏT

reklam

Ucarda orta məktəbdə rəzalət-ŞİKAYƏT


















RegionXəbərləricom.az-a Ucar rayonu Qarabörk kənd sakini Qasımov Kamil Fərhad oğlu tərəfindən daxil olan şikayətdə deyilir;

"Mənim uşaqlarımın təhsil aldığı Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə rəzalət yaşanır.Məktəbin tualeti çox bərbad və qəzalı vəziyyətdərir.Qız və oğlan şagirdlər eyni tualetdən istifadə etməli olurlar.Hətda tualetin qapısı yoxdur.Hasarları uçmaq üzrədir. Təmizlənmir deyə antisanitariya hökm sürür.Buna görə şagirdlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır.Məktəbin direktoru bunları görüb bildiyi halda tədbir görmək istəmir.

Həmçinin məktəbin bir hissəsində istilik sistemi (kombi)  var digər hissəsində ibtidai siniflərdə isə yoxdur.Buna görə  siniflər odunla qızdırılır.Oda 2-3 gün olur 5-6 gün olmur.Həmin vaxtı uşaqlar soyuqda dərs keçə bilmirlər.

Mən buna görə bir neçə aydır ki, Elm və Təhsil Naziri Emin Əmrullayevə şikayət ərizələri ilə müraciətlər etmişəm.Ancaq  heç bir tədbir görülmədi. 

Qeyd edim ki, Ucar şəhər 5 nömrəli orta məktəbin binası köhnə olduğu üçün həyətində yeni məktəb binası inşa edilib istofadəyə verildi.Ancaq köhnə bina sökülmədi ki, orada ibtidai sinif şagirdlərinə  acınacaqlı vəziyyətdə dərs keçirilir.

 Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevadan xahiş edirəm Ucar şəhər 5 nömrəli tam orta məktəbində yeni tualetin inşa edilməsinə və ibtidai siniflərə istilik sistemi quraşdırlmasına köməklik göstərəsiniz."





Paylaş:


Müəllif : Tarix:
17-01-2023, 08:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər