
Ramiz Mehdiyevin həyat yoldaşı 2 ildir məhkəməyə gəlmir? - Fotofakt
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, BDU-nun kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevna ilə “Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Səidov Elmar Çingiz oğlu arasında məhkəmə çəkişməsi 2 ildir davam edir.
2 il əvvəl – 2021-ci ilin yanvar ayında Səidov Elmar Çingiz oğlu Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldırıb.
İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva tərəfindən baxılır.
Qeyd edək ki, iddia ilə bağlı ilk hazırlıq iclası ilk dəfə 21.01.2022-ci il tarixinə təyin olunub. Həmin tarixdən sonra dəfələrlə hazırlıq iclası təyin edilib. Sonuncu hazırlıq iclası dekabr ayının 5-də baş tutub.

Növbəti hazırlıq iclası isə gələn ilin yanvar ayının 9-na təyin edilib.

“Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Səidov Elmar Çingiz oğlunun iddiası ilə əlaqədar olaraq 2 il ərzində ancaq hazırlıq iclaslarının təyin olunmasının hansı səbəbdən baş verdiyi açıqlanmır.
Məlumat üçün bildirək ki, 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub. Bildirilir ki, Qalina Mehdiyeva “Fireland Vineyards” MMC-nin təsisçilərindən biridir. Hazırda “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 128 min 767 manat 72 qəpik vergi borcu var.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-12-2022, 17:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, BDU-nun kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevna ilə “Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Səidov Elmar Çingiz oğlu arasında məhkəmə çəkişməsi 2 ildir davam edir.
2 il əvvəl – 2021-ci ilin yanvar ayında Səidov Elmar Çingiz oğlu Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldırıb.İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva tərəfindən baxılır.
Qeyd edək ki, iddia ilə bağlı ilk hazırlıq iclası ilk dəfə 21.01.2022-ci il tarixinə təyin olunub. Həmin tarixdən sonra dəfələrlə hazırlıq iclası təyin edilib. Sonuncu hazırlıq iclası dekabr ayının 5-də baş tutub.
Növbəti hazırlıq iclası isə gələn ilin yanvar ayının 9-na təyin edilib.
“Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Səidov Elmar Çingiz oğlunun iddiası ilə əlaqədar olaraq 2 il ərzində ancaq hazırlıq iclaslarının təyin olunmasının hansı səbəbdən baş verdiyi açıqlanmır.
Məlumat üçün bildirək ki, 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub. Bildirilir ki, Qalina Mehdiyeva “Fireland Vineyards” MMC-nin təsisçilərindən biridir. Hazırda “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 128 min 767 manat 72 qəpik vergi borcu var.
Paylaş:
Oxşar Xəbərlər


ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır
