reklam
Regionxeberlericom.az » Gündəm » Yazıçılar Birliyinin qalmaqallı qurultayından sonra: - Gedənlər var, gələnlər isə...

reklam

Yazıçılar Birliyinin qalmaqallı qurultayından sonra: - Gedənlər var, gələnlər isə...


Azərbaycan Yazıçılar Birliyinin ətrafında gedən müzakirələr səngimir.

Belə ki, oktyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında Xalq yazıçısı Anar Rzayevin yenidən sədr seçilməsi bəzi üzvlərin narazılığına səbəb olub. AYB sədrliyinə digər namizədlər Emil Rasimoğlu və Fuad Cəfərli qurultayda namizədlikləri səsə qoyulmadığı üçün seçkinin nəticəsini qanunsuz hesab ediblər.

Qurultayda iştirak edən məsul şəxslər isə bunu qurultay iştirakçılarının Anarı dəstəkləməsi ilə izah ediblər. Bundan başqa, qurultayın keçirilməsi üçün ayrılan vəsait də müzakirə mövzusu olub. Narazılıqdan sonra AYB-nin bir neçə üzvü sosial şəbəkə hesablarında üzvlükdən imtina etdiklərini yazıblar. Bunlar əslən Təbrizdən olan şair Ümid Nəccari, tanınmış tənqidçi Mehman Qaraxanoğlu və Elçin Aslangildir.

Ümid Nəccari sosial şəbəkə üzərindən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina etdiyini açıqlayıb. O bildirib ki, azad ədəbiyyat naminə və yaradıcılıq həyatının hörməti, ədalətsizliklərdən uzaq durmaq üçün qurumun üzvlüyündən imtina edir. Mehman Qaraxanoğlu da eyni qaydayla öz etirazını və istefasını bəyan edərək bunları qeyd edib:

"Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi. Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir... Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm".

Elçin Aslangil feysbuk platformasında imtina və istefanın bir mədəniyyət olduğunu vurğulayıb. O, qurumda, sadəcə, quru adının olduğunu deyərək, qurumun üzvlüyündən imtina etdiyini açıqlayıb. Azərbaycan Yazıçılar Birliyi ilə əlaqə saxlayıb qurultaydan sonra quruma yeni üzv olan və üzvlükdən imtina edən yazarların sayını və adını öyrənməyə çalışdıq.

Qurumun mətbuat xidmətinin katibi Xəyal Rza Cebhe.info-ya açıqlamasında bildirib ki, qurultaydan sonra quruma üzv olan yoxdur:

“Qurultaydan sonra hələ AYB-yə üzv olan yoxdur, qəbul komissiyası qurultaydan sonra qəbulla bağlı elan etməyib. Qurultaydan öncə qəbul komissiyasının iclaslarında qəbul olanlar olmuşdu. Amma qurultaya görə saxlamışdıq. Qurultaydan sonra qəbul komissiyası öz fəaliyyətini bərpa edəcək, müraciət edən üzvlərə baxılacaq”.

Qurum nümayəndəsi deyib ki, AYB-nin üzvlüyündən imtinanın öz qaydası var:

“Qurultaydan sonra xaric olanlara gəlincə isə, bir fəxri, bir də digər üzvün imtina xəbərini eşitdik. Amma üzvlükdən imtina o cür olmur. Yəni ərizə verib qəbul olduqları kimi, ərizə verib, üzvlükdən xaric olurlar və vəsiqəni təhvil verirlər. Bizə belə müraciət olunmayıb. Biz də ordan–burdan eşitmişik. Dediyim kimi, üzv ərizə yazır ki, məni üzvlükdən xaric edəsiniz. Vəsiqəni cibində saxlayıb, özüm də imtina edirəm demək imtina deyil. AYB könüllü təşkilatdır, ictimai qurumdur, hər kəsə, gedənə də, gələnə də qapısı açıqdır”.




Paylaş:


Müəllif : Tarix:
31-10-2022, 15:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər