AYB qalmaqalına susan Vahid Əziz jurnalistləri İTTİHAM ETDİ
Oktyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayı keçirilib. Qurultayın yekununda Xalq yazıçısı Anar növbəti dəfə AYB sədri postuna seçilib. Elə həmin gün jurnalist AYB-nin birinci katibi Çingiz Abdullayevə qurultayın təşkili üçün ayırılan 203 min manatın hara xərcləndiyi barədə sual verib. Xalq yazıçısı bu sualdan hirslənərək, jurnalistə "utanıb ölmürsən, bunu soruşursan?”, - deyə reaksiya verib.
Bundan sonra sosial şəbəkələrdə çox sayda istifadəçi Ç.Abdullayev barəsində "utanın!" çağırışı ilə statuslar yazıb, müzakirələr açıb və yazıçı sərt tənqidlərə məruz qalıb. Mətbuat da bu tənqidləri tirajlayıb.
Müzakirələr fonunda bəzi millət vəkilləri, ziyalılar, hətta AYB-nin bir çox üzvləri Ç.Abdullayevi qınayaraq, onun səsləndirdiyi fikirlərin qəbuledilməz olduğunu bildiriblər. Lakin bəzi tanınmış simalar var ki, hələ də bu olaya münasibət bildirməkdən çəkinirlər.
Təəccüb doğursa da, onlardan biri hər zaman tənqidi fikirləri ilə diqqətçəkən Xalq şairi Vahid Əzizdir. O, sonuncu qurultayda çıxış edərək Azərbaycan Yazıçılar Birliyinə səlahiyyət verilməsi təklif edilib. Bildirib ki, Azərbaycan Yazıçılar Birliyi həm də yazıçı və şairlərin nazirliyidir: "Bu cür sərəncamlarda iş icrası üçün birliyə də səlahiyyət verilməlidir".
Hamının sevgi və hörmətlə yanaşdığı Vahid Əziz AYB ətrafında hələ də səngiməyən müzakirələrdən niyə kənarda qalıb? Bəlkə o, Ç.Abdullayevi müdafiə edir?
Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün Xalq şairinin özü ilə əlaqə saxlayıb.
"Artıq Yazıçılar Birliyi və qurultay haqqında heç nə danışmaq istəmirəm", - deyən Vahid Əziz buna səbəb kimi qələm əhlini günahkar hesab edir.
"Jurnalistlər məndən söz alıb, onu başqa formada yazırlar. Demədiyim fikirləri tirajlayıb, haqqımda xoşagəlməz müzakirələr açırlar. Ona görə də mən danışmaq istəmirəm. Yazıçılar Birliyi ilə bağlı sualı mənə yox, rəhbərliyə verin", - deyə Vahid Əziz vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-10-2022, 13:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?