reklam
Regionxeberlericom.az » Gündəm » Goranboy rayon İdman və Gənclər İdarəsində baş verən korrupsiya əməlləri barədə Prezidentə müraciət olundu-ŞİKAYƏT

reklam

Goranboy rayon İdman və Gənclər İdarəsində baş verən korrupsiya əməlləri barədə Prezidentə müraciət olundu-ŞİKAYƏT
















Goranboy rayon İdman və Gənclər İdarəsinin müdiri Elşad Həsənovun korrupsiya əməlləri barədə rayon sakinləri tərəfindən göndərilən məktubu olduğu kimi dərc edirik.

 "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

 surəti : Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

 surəti: Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbova

 surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

 surəti : Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova

 surəti: Azərbaycan Respublikasının Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədova

 surəti: Azərbaycan Respublikasının Maliyyə Naziri cənab Samir Şərifova

 Goranboy rayon sakinləri tərəfindən

 Goranboy rayonu Gənclər və İdman idarəsində, bu idarənin iş fəaliyyətində kifayət qədər çatışmamazlıqlar, nöqsanlar, maliyyə və kadr  saxtakarlıqları, vəzifədən sui- istifadə halları, vəzifəli şəxslərin özbaşınalığı kimi xoşagəlməz  hallar mövcuddur.

Goranboy rayonu Gənclər və İdman idarəsində baş verən nöqsanların az bir hissəsini sizə təqdim edirəm və inanıram ki, nəzarətə götürüləcək, obyektiv, ədalətli araşdırmalar aparılaraq, hüquqi qiymət veriləcək.

 Elşad Həsənov 2008-ci ldən bu günə kimi  Goranboy rayon İdman və Gənclər İdarəsinin müdiri  vəzifəsindədir. Vəzifəyə gəlməsi o zaman İcra Başçısının birinci müavini olmuş (əmizadəsi) Ceyhun Həsənovun diqqət və qayğısı və özünün "hörməti" ilə olmuşdur.(P.S:Onu da qeyd edək ki,indiki rayon İcra Başçısı Məhərrəm Quliyevin 2-ci dəfə İcra Başçısı müavini təyin etdiyi Ceyhun Həsənov yol verdiyi nöqsanlara, sayəsində yaranmış narazılqlara görə işindən azad edilmişdir. Onun da fəaliyyəti nöqsansız olmamışdır və deyilənlərə görə keçmiş fəaliyyətindəki korrupsiya əməlləri yüksək dövlət orqanları tərəfindən hələ də araşdırılmadadır.)


















İxtisası qeyri idman ixtisasıdır.Yeri gəlmişkən 1-ci fakt Elşad Həsənovun  diplomu saxtadır.Xahiş edirik bu barədə araşdırma aparasınız.

2 -ci fakt hərbi xidmətə yararlı olduğu halda saxta yolla "hərbi xidmətə yararsız"kimi hərbi mükəlləfiyyəti var.3-cü ən kobub fakt:hərbi xidmətdən saxta yolla yayınması azmış kimi bir də 

"I Qarabağ savaşı iştirakçısı" kimi saxta veteranlıq statusu alıb.Bu statusdan istifadə edərək uzun müddətdir ki,dövlətdən aldığı maaşdan gəlir vergisi tutulmur.Beləliklə bura qədər qeyd etdiyimiz hələ üç danılmaz faktın tərkibi cinayət xarakterlidir.Bundan əlavə Dövllət Qulluğu haqqında qanunun kobud surətdə pozuntusu (Qanunun 15-1.4.maddəsi) Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar  faktı da mövcuddur.

 Qeyd edim ki,Elşad Həsənov adlı şəxs uzun müddətdir ki,yüksək vəzifələrdə əyləşmiş qohumlarının sayəsində rayon idmanında koruppsiya məqsədli iyrənc bir şəbəkə formalaşdırmışdlr.Onun bu günə qədər təyinatını etdiyi və etdirdiyi heç bir işçi rüşvətsiz işə qəbul edilməmişdir.(söylədiklərimizin doğru olub olmamasını araşdıra bilərsiniz).Zatən o şəxsin qısa xarekteristkasının şərhindən hər şey məlumdur..

Bundan başqa 1 ay əvvəl Gənclər  və İdman Nazirliyinin əməkdaşlarının rayon idman idarəsində apardığı yoxlamalar nəticəsində xeyli mənimsəmə faktları, qanunsuz əməllər aşkar edilmişdir.Faktlar və materiallar cəmlənərək nazirliyin daxili nəzarət şöbəsinə təqdim edilmişdir.

Pandemiya dövründə iş fəaliyyətinin qadağan bir zamanında külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı aşkar edilmişdir. Bu hələ pandemiya dövründə aşkar edilən faktlardır.2008-ci ldən yəni təyinatından bu günə qədər korrupsiyya faktlatları aşkar edilsə siz mənimsəmə faktının hansı həddə olduğunu təsəvvür edin. Vəzifədən sui istifadə edərək alınmış rüşvət,mənimsənilmiş ezamiyyə xərcləri, invertar xərcləri və s. 100.000 (yüz min) manatdan çox vəsait edir.

Xahiş edirik müraciətimizi obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan Goranboy rayon Gənclər və İdman İdarəsinin müdiri Elşad Həsənovun barəsində qanunu və ciddi tədbirlər görəsiniz.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləricom.az 

 

 

 

 




Paylaş:


Müəllif : Tarix:
1-08-2022, 09:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər