reklam
Regionxeberlericom.az » Gündəm » “NATO UKRAYNANI QABAQCIL HHM SİSTEMLƏRİ İLƏ TƏMİN EDİR” - "Detalları açıqlamaq istəmirəm..."

reklam

“NATO UKRAYNANI QABAQCIL HHM SİSTEMLƏRİ İLƏ TƏMİN EDİR” - "Detalları açıqlamaq istəmirəm..."


















NATO müttəfiqləri Ukraynanı qabaqcıl Hava Hücumundan Müdafiə sistemləri ilə təmin edir.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında Ukraynanın niyə qırıcı təyyarələrlə təmin edilməməsinə dair suala cavabında deyib.

O, alyansın Ukraynaya dəstəyinə dair detalları açıqlamaq istəmədiyini qeyd edib.

“NATO müttəfiqləri Ukraynanı qabaqcıl Hava Hücumundan Müdafiə sistemləri də daxil olmaqla müxtəlif növlərdə hərbi ləvazimatlarla təmin edir və bu ləvazimatlar ukraynalılara Rusiya təyyarələrini və raketlərini vurmağa yardım edir. Müttəfiqlər hava hücumundan müdafiə sistemləri də daxil olmaqla Ukraynaya dəstəyə davam edir. Mən hər cür tədarükün və dəstəyin harada və necə həyata keçirilməsinə dair detalları açıqlamaq istəmirəm. Çünki, düşünürəm ki, bu, dəstəyin davam etdirilməsini daha da çətinləşdirə bilər. NATO müttəfiqləri Ukraynanı qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə davam edir”, - Stoltenberq qeyd edib.

Baş katib əlavə edib ki, NATO Ukraynaya silah və humanitar dəstəyini davam etdirəcək.

“Müttəfiqlər Ukraynanı antitank və hava hücumundan müdafiə sistemləri, dronlar, sursat və yanacaq da daxil olmaqla nəzərəçarpacaq miqdarda vacib ləvazimatlarla təmin edib. Təlimlər və bu ləvazimatlar Ukraynanın özünü müdafiə etməsinə yardım edir. Ukraynanın BMT Nizamnaməsində əks edilmiş fundamental özünümüdafiə haqqı var və NATO müttəfiqləri və tərəfdaşları bu hüquqların qorunması üçün Ukraynaya hərbi ləvazimat, maliyyə və humanitar yardımları davam etdirəcək”, - Stoltenberq bildirib.




Paylaş:


Müəllif : Tarix:
15-03-2022, 20:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər