reklam
Regionxeberlericom.az » Gündəm » Qazaxlı sahibkar üzləşdiyi qanunsuzluğa görə Vilayət Eyvazova müraciət etdi-ŞİKAYƏT

reklam

Qazaxlı sahibkar üzləşdiyi qanunsuzluğa görə Vilayət Eyvazova müraciət etdi-ŞİKAYƏT


 















RegionXəbərləri.com-un elektron poçtuna Qazax şəhər sakini Eldəniz Yusif oğlu Əzimov tərəfindən daxil olan şikayət ərizəsini oxuculara olduğu kimi təqdim edirik.

"Cənab Nazir mən 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm, sərbəst güləş üzrə İdman ustasıyam, ali təhsilli olmaqla  kiçik sahibkarlıq fəaliyyətiylə məşğul oluram.Qazax şəhərində 30 ildən çoxdur ki hamam, paltar yuma xidmətiylə məşğulam. Pandemiya dövründə uzun müddət Nazirlər Kabinetinin qarantin qaydalarına görə işləyə bilmədik. Bir aya yaxındır ki, bu məhdudiyyətlər aradan qaldırılıb və biz hamam fəaliyyətini başalayıb müştəri toplamağa başlamışıq. Bizim xidmətlərdən ən çox istifadə edən hərbiçilərdi şəhərə xeyirə şərə gələn qonaqlar və evində hamam şəraiti olmayan sakinlər.

31 yanvar saat 00.05-də obyekti bağlayıb çıxmaq istəyən vaxt 5 – 6 polis əməkdaşı işlətdiyim obyektə daxil olaraq bizi polis idarəsinə getməyi bildirdilər. Həmin vaxt içəridə müştəri olmadığını söyləsəmdə polis əməkdaşları bildirdi ki, Amil Budaqovun göstərişi var siz polis idarəsinə getməlisiniz. Biz polis şöbəsinə gəldik və orada Amil Budaqov bizə yaxınlaşıb bizi təhqiramiz ifadələrlə yüksək səslə təhqir etməyə başladı. Həmin vaxt mən özümü pis hiss etdim başım fırlandı və yerə oturdum su istədim. Mənə su gətirən şəxsə xahiş etdim ki, təcili yardım çağırsın. Çünki mən təzyiq xəstəsiyəm və ürək damarlarımda tutulma var, həyacanlananda təzyiqim yüksəlir ağzım quruyur nəfəsalmam çətinləşir, mənim 43 yaşım və 130 kq çəkim var. Təcili yardım gəlsədə Amil Budaqov mənə ilkin tibbi yardım göstərilməsinə icazə vermədi və həkimlərin təkidinə baxmayaraq həkimləri polis şöbəsindən qovdu. Mən Amil Budaqova müraciət etdim ki, halım yaxşı deyil icazə verin təzyiqimi yoxlasınlar mənə sakitləşdirici vursunlar. Çünki əlim ayağım möhkəm əsirdi. Mən idman etdiyim illərdə qaydasız döyüş yarışları zaman 3 dəfə başımdan ağır travma almışam nokaut olmuşam..

Orada mən halsız olan vaxt hansısa kağızlara qol çəkdirdilər. Bizi 04.30 dək polis şöbəsində gözlətdikdən sonra Amil Budaqov bizi buraxdı. Yəni cəmi 5 dəqiqə obyekti gec bağladığımıza görə bizi dörd saat yarım polis şöbəsində saxladılar. Tibbi yardım olunmağa qoymadılar və sanki bir terrorçu narkobaron tutmuş kimi davrandı Amil Budaqov. Mən bir neçə dəfə Amil müəllimə bildirdim ki mən 22 ilin fəal YAP-çısıyam heç olmasa buna görə hörmət qoy. Amil Budaqov mənə bildirdi ki, sən bir vaxtlar 50 manat sənnən pul aldığıma görə məndən şikayət etmişdin. Mən onda anladım ki, Amil Budaqov mənimlə şəxsiqərəzlik edir. Biz polis şöbəsindən gələndən sonra mən səhərə qədər yata bilmədim ürək döyüntülərim həyacandan o qədər artmışdır ki yuxuya gedə bilmədim. 3 – 4 gün ərzində baş ağrılar ürək ağrılarıyla bağlı gündə 3 dəfə dərmanlar qəbul etdim.

5 yanvar tarixində özümə gələndən sonra başıma gələn hadisəylə bağlı Polis Şöbəsinin rəisi Sənan müəlimin qəbuluna getdim. Lakin məni polis rəisinin qəbuluna buraxmadılar. Məni rəis müavini Fəxri müəllim adında polis zabiti qəbul etdi. Bir neçə dəqiqədən sonra Fəxri müəllimin otağına Amil Budaqovda gəldi. Ərizədə göstərdiyim hadisəni Fəxri müəllimə danışdım və Fəxri müəllimdən adekvat bir mövqe gözlədiyim bir halda Fəxri müəllim məni ittiham edərək hələ səni çox nahaq sutka verməyiblər dedi. Mən Fəxri müəllimə bildirdim ki, mən 22 ilin fəal YAP-çısıyam terrorçu-müxalifətçi deyiləm, ağır bir cinayət etməmişəm ki, obyekti 5 dəqiqə gec bağlamışam Buna görə mənim 4.5 saat polis şöbəsində gözlədib tibbi yardım almaqdan məhrum edib üstəlik aşırı dərəcədə yəni 4000 manat cərimə etmək bir sahibkarlıq subyektinin məhvi deməkdir. Fəxri müəllimə Amil Budaqovun şəxsiqərəzliyi barəsində danışmağımda heç bir işə yaramadı. Amil Budaqov Fəxri müəllimin otağında Fəxri müəllimə dedi ki 6 ay öncə Eldəniz mənə 50 manat vermişdi sonra bu barədə cənab nazirə şikayət yazmışdı. Amil Budaqova kim ixtiyar verib ki, Azərbaycan vətəndaşına Tibbi xidmət göstərilməsinə mane olur. Orada mən yüksək təzyiqdən insult və infarktda ola bilərdim. Cinayətim varsa araşdır cəzamı ver məni tibbi xidmətdən nəyə görə məhrum edirsən? Mən həmin gün dövlət büdcəsinə vergi ödəmişdim və həmin qəbzləri orada Fəxri müəllimə göstərdim ki mən vergi ödəyicisiyəm və iş yeri yaradıb özümlə bərabər 3 – 4 vətəndaşı özümüzü dolandırırıq. Bizdə gərək icra hakimiyyətinin qarşısında yatıb iş istəyək və ya sosial yardım idarələrində sürünüb yardım istəyək.

Elə düşünürəm mənim başıma gələn bu əməllər sahibkarlıq fəaliyyətinə qarşı çox böyük haqsızlıq və destruktiv əməldir. Bu cür yanaşmayla biz ölkədə kiçik sahibkarlığı məhv etmiş olarıq. Çünki obyektdə 3 – 5 nəfər şəxs işləyib dolanmaq imkanı və potensialı olan bir obyektin sahibkarı, məmur öz vəzifəsindən və səlahiyyət mövqeyindən istifadə edib bu vəziyyət gətirməsi dağıdıcılıq effekti yaradır. Cənab Prezident İlham Əliyev cənabları hər zaman sahibkarlığın inkişafına xüsusi önəm verir. Lakin Amil Budaqov kimi məmurların yaratdığı bir mühitdə yaşamaq və sahibkarlıqla məşğul olmaq olduqca dözülməzdir. Mən 4 övlad atasıyam. Uşaqları nəyləsə dolandırmalıyam ya yox. Kiminsə şəxsiqərəzliyinə görə məhv olmaqdansa ən yaxşısı odur ki, bizi ailəlikcə başqa bir dövlət göndərin. Artıq bizim Azərbaycan Respublikasınln vətəndaşlığından imtina edib başqa bir ölkəyə getməkdən başqa əlacımız qalmayıb. Xahiş edirəm mənim yazdığım bu məktubu həmdə vətəndaşlıqdan imtina etmək haqqında bir ərizə kimi qəbul edin və aidiyyatı qurumlardan bizim ailəlikcə başqa bir dövlətdə yaşamağımız üçün köməklik edin. Mən aidiyyatı qurumlardan

Cənab Nazir Vilayət Eyvazovdan xahiş edirəm mənim şikayətimə düzgün hüquqi qiymət verilsin,  Amil Budaqov kimi məmurlardan cəmiyyətimiz,  sahibkarlıq subyektlərinin qorunması üçün göstəriş və sərəncam verəsiniz. 

RegionXəbərləri.com olaraq qarşı tərəfindən də mövqeyini dərc etməyə hazırıq...


RegionXəbərləri.com 






Paylaş:


Müəllif : Tarix:
6-02-2022, 11:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər