reklam
Regionxeberlericom.az » Gündəm » Cənab Hüseynovun ŞÜBHƏLİ KARYERA YÜKSƏLİŞİ... - Hardan haraya...

reklam

Cənab Hüseynovun ŞÜBHƏLİ KARYERA YÜKSƏLİŞİ... - Hardan haraya...










“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Zaur Hüseynovun öz əli ilə yazdığı tərcümeyi-halına nəzər salaq:

Adam 1964-cü ildə Cəbrayıl şəhərinin İsaqlı kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini “Executive management” ixtisası üzrə (MBA) bitirmişdir. Zaur Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışmışdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Görəsən, Zaur Əliyev 2014 - 1986 = 28 il harada olmağını niyə gizlədir ?

Bəlkə dövlət sirridir ?

Necə yəni müxtəlif sahələrdə MƏSUL VƏZİFƏLƏRDƏ çalışıb ?

Məsul vəzifənin adı-zadı yoxdur ?

Zaur Əliyev, deyirsən, ABŞ-da Joys-Moys universitetində oxumusan...Sadəcə, ayıbdır. Orda oxumağın qiyməti 100 dollardır, pulunu ver, heç getmə, axırda bir sertifikat verirlər. Elə bilirsiniz, Azərbaycan cəmiyyəti bunlardan xəbərsizdir ?

Nə isə keçək əsas mətləbə.

Bəli, ömründə 1-cə dəqiqə metro qatarı sürməyən Zaur Əliyev 8 ildir “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədridir.

Təsəvvür edirsiniz, “qlavbuxu” gətirib qoyurlar “Metro”ya rəis.

Deməli, Zaur Əliyev rəsi olan kimi deyib ki, metroda təmizlik işlərinə baxan 100-dən artıq imkansız işçini işdən çıxardıram. Doğrudan da çıxardıb. Və əvəzində bir şirkətlə alver edərək metro stansiyalarının təmizlik işlərini həmin şirkətə müqavilə əsasında verib və hər ay haqqını alıb. Təmizlik işlərinə baxan “Tais İFK” MMC isə Zaur müəllimin öz qohumudur. 100-dən artıq İŞSİZ qalan işçiyə isə deyiblər ki, bb, yəni, bayıra....

28 il harada olduğu bilinməyən Zaur Əliyevin biznesinin səsi Londondan gəlir. Bəli, Zaur Əliyevin 28 yaşlı oğlu Həbib İngiltərədə böyük biznesə sahibdir.

28 yaşlı bu uşaqda bu qədər pul haradandır ?

Zaur Əliyev hər dəfə deyir ki, metro ZİYANLA işləyir.

Ay Zaur, metro ziyanla işləyirsə, arvadının və oğlunun 1 milyondan çox dəyəri olan avtomobilləri haradandır ?

Sənə və ailənə məxsus olan və dəyəri 255.000 manatla ölçülən (90-ZZ-090) “Range Rover Velar Byron Blue”, həyat yoldaşına məxsus olan və dəyəri 300.000 AZN-lə ölçülən (90-LL-090) “Porsche Cayenne Turbo S”, (90-HH-090) Mersedes “G63AMG” markalı maşınlar hansı pulla alınıb ?

Ay Zaur, deyirsən ki, metro ziyanla işləyir.

1 il pandemiya dövründə metro işləmədi. Bəs dövlətin sənə ayırdığı, 2 milyon 600 min manat pul hara getdi ?

Hər dəfə deyirsən ki, metro ziyanla işləyir.

Bəs, ayda dövlətdən 1300 manat aldığın maaşla bu boyda sərvəti necə aldə edirsən ?

Deməli, xalqın və dövlətin cibinə girirsən ? //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
12-11-2021, 09:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər