reklam
Regionxeberlericom.az » Gündəm » "BM və TB Elmi Tədqiqat İnstitutu" özbaşınalıqlarda boğulur - İnam Kərimovun diqqətinə!

reklam

"BM və TB Elmi Tədqiqat İnstitutu" özbaşınalıqlarda boğulur - İnam Kərimovun diqqətinə!


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTBETİ) müşahidə olunan bəzi nöqsanlar və xüsusilə maliyyə pozuntuları barədə məlumat vermişdik.

ƏVVƏLKİ YAZIDA - http://www.dia.az/9/303161-bitki-muhafize-ve-texniki-bitkiler-elmi-tedqiqat-nstitutunda-pullar-bele-talanr.html

"Demokratik.Az"-ın əldə etdiyi yeni məlumatlar da bu qəbildəndir.

Dəqiqləşdirə bildiyimiz ən adi faktlar belə sözügedən institutda bir neçə şəxsin süni diqtəsinin varlığını, xüsusilə ayrılan büdcə pullarının israfçılıqla, acgözlüklə xərclənib dağıdılmasını və vəzifəli şəxslər tərəfindən mənimsənilməsini isbat edir.

Məlumata görə, elmi müəssisənin direktoru Elçin Xəlilovun və xanım baş mühasibi Ulduz Məmmədovanın özəl razılaşması əsasında "BM və TB Elmi Tədqiqat İnstitutu"nda çalışan əməkdaşların bir çoxu öz funksiyalarını və vəzifə öhdəliklərini də lazımınca yerinə yetirə bilmirlər.

Məsələn, Sabiq Allahverdiyev 2019-cu ildən institutda iqtisadçı kimi çalışsa da süni və əsassız bəhanələrlə əsas işlərindən uzaq saxlanılır. Hətta, gənc mütəxəssis təcrid edilərək institutun maliyyə-uçot şöbəsinə aid otaqda deyil, yerli həmkarlar təşkilatına ayrılmış otaqda yerləşdirilib. İqtisadçı demək olar ki, instituta aid zəruri bilgiləri belə əldə edə bilmir. Mənbənin dediyinə görə, iqtisadçının belə sıxışdırılması baş mühasib Ulduz Məmmədovanın istəyi və arzusu ilə reallaşıb. Çünki, nə direktor, nə də baş mühasib özlərinin imzaladıqları maliyyə maxinasiyalarında adıçəkilən iqtisadçının da şahid kimi rol almasını, proseslərdən bilgili olmasını istəmir.

Direktor və mühasibin iqtisadçıya qarşı patoloji nifrəti, birokratik əngəlləmələri bununla da bitmir. Belə ki, S.Allahverdiyev uzun illər Qazaxıstan Respublikasında yaşayıb və öz təhsilini həmin qonşu respublikadakı universitetlərdən birində alıb. 2019-cu ildə onunla Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu arasında əmək müqaviləsi bağlanıb. Cəmi bir neçə ay sonra isə baş mühasib Ulduz Məmmədovanın təşəbbüsü ilə guya diplomunun saxta və "təsdiqsiz" olması iddiası ilə iqtisadçının maaşı aşağı təsnifat üzrə azaldılıb. Bizdə olan məlumata görə, S.Allahverdiyevin müraciətindən sonra, diplomunun həqiqiliyi 2020-ci ilin martında Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən təsdiqlənib. Lakin, iqtisadçı həmin müddət ərzində maaşında almadığı kəsr hissəsini yenidən əldə etmək üçün aylarla əziyyət çəkib. Baş mühasibin süni əngəlləri və yazılmayan "qanunları" ilə savaşmalı olub.

Dəqiqləşdirməyə çalışdığımız digər hallar da var ki, baş mühasiblə direktor kollektivə qarşı bu kimi maddi çəkişmələrdədir. Buna baxmayaraq, baş mühasib Ulduz Məmmədovanın 2018-2021-ci illərdə özünə rəsmiləşdirdiyi ezamiyyət və məzuniyyət pullarının ödənişində gecikməyə rast gəlinməyib. Baş mühasibin əvvəlki illərdə eyni vaxtda həm məzuniyyət, həm əməkhaqqı alması isə birbaşa maliyyə cinayətidir. Dəqiq məlumata görə, U.Məmmədova 2019-cu ilin sentyabrında 36 günlük məzuniyyətə göndərilib, lakin 5 gün sonra işinin başına qayıdıb və həmin aylar üzrə həm məzuniyyətpulu, həm də öz əməkhaqqısını almaqla bilə-bilə maddi mənimsəmə edib. Eyni halın varlığına digər illərdə də rast gəlindiyi deyilir.

Əlimizdə olan digər mühüm faktları da dəqiqləşdiririk, yaxın günlərdə daha dəhşətli korrupsiya faktlarını oxucularımıza təqdim edəcəyik...

Müstəqil media olaraq inanırıq ki, tezliklə nazir İnam Kərimov Gəncədə fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda baş verənlərə diqqət ayıracaq...

Demokratik.Az


Paylaş:


Müəllif : Tarix:
30-07-2021, 09:10
Sikayət   


loading...
Загрузка...