“HƏYATIMDA YALNIZ EYNULLA FƏTULLAYEVƏ SİLLƏ VURMUŞAM...” – Həbsdəki MTN generalı

Keçmiş müstəntiq Rüfət Səfərovun həbsxanadan yazdığı silsilə yazılarda maraqlı bir məqam diqqət çəkir.
"AzPolitika.info"nun məlumatına görə, R.Səfərov yazır ki, ləğv edilmiş MTN-nin Antiterror İdarəsinin keçmiş rəisi, general Elçin Quliyevdən jurnalist Pərviz Həşimlinin həbsi, ona işgəncələr verilməsi ilə bağlı dedikləri barədə soruşub. Keçmiş idarə rəisi jurnalisti təkzib edərək deyib: “Yalan deyir. Mən həyatımda bir nəfərə sillə vurmuşam - Eynulla Fətullayevə... Ondan başqa xidmət etdiyim dövrdə heç kimlə sərt davranmamışam...”

Pərviz Həşimli isə MTN-də gördüyü işgəncələri belə təsvir edib: “Məni həbs edən günü bir neçə saat psixoloji təzyiq üçün xüsusi işgəncə otağına apardılar. Orada qəssab dükanlarında olan çarmığa bənzər xüsusi qurğu vardı. Əlləri sıxmaq üçün məngənəyə qədər qoyulmuşdu. Bu cür işgəncə otağını ancaq filmlərdə görmək olar. 3 saat bu otaqda qaldım. Alçaldıcı ifadələr, hədələr o qədər çox olurdu ki, bir dəfə İlqar Əliyevin (Elçin Quliyevin müavini, təcridxanada özünə qəsd edərək ölüb – red) masasının üzərindəki qayçını götürüb, özümə xəsarət yetirmək istədim. Sonrakı günlər karserə salınırdım. Bir dəfə isə məni paltarsız vəziyyətdə MTN-nin sonuncu mərtəbəsindəki gəzinti meydançasına saldılar. Qarlı bir gün idi. Möhkəm soyuqladım. “Amnesty İnternational” ayrıca bəyanatla çıxış edərək, MTN rəhbərindən mənə qarşı işgəncənin dayandırılmasını tələb etdi. Bundan sonra işgəncələr dayandı”.

Elçin Quliyevin dediklərinə Eynulla Fətullayevdən şərh almaq mümkün olmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-04-2020, 13:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-04-2020, 13:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:32
Bu gün, 10:30
Bu gün, 10:27
Dünən, 14:05
Dünən, 12:33
Dünən, 12:29
Dünən, 09:44
Dünən, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52
25-08-2025, 11:47
24-08-2025, 08:26

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”