"Vüqar Səfərlini və Nuşirəvan Məhərrəmlini yönəldən insanlar bu qurumları o vəziyyətə salmışdılar"

Ötən gün İctimai Televiziyada Dadaş Dadaşlınskinin qonağı olan əməkdar jurnalist Qulu Məhərrəmli son zamanlar media sahəsində baş verən kadr dəyişikliklərinə münasibətini bildirib.
regionxeberlericom.az KONKRET.az-a istinadən xəbər verir ki, Qulu Məhərrəmli Vüqar Səfərli və Nuşirəvan Məhərrəmlinin tutduqları vəzifələrdən azad edilmələrini labüd və gözlənilən hesab edib.
“Çünki bunlar dövlətin onların qarşısında qoyduğu vəzifələri yox, hansısa məmurun tapşırıqlarını yerinə yetirirdilər”, – deyən əməkdar jurnalist bu şəxslərin məhz keçmiş ideoloq Əli Həsənovun rəhbərliyi altında sırf öz iqtisadi maraqları naminə çalışdıqlarını bildirib: “Baxın, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) çox xeyirxah məqsədlər üçün yaradılmışdı. Məqsəd medianın iqtisadi dayaqlarını möhkəmləndirmək idi. Amma media qaldı qıraqda, bunlar özlərinin iqtisadi maraqlarını möhkəmləndirdilər”.
Tanınmış telejurnalist onu da əlavə edib ki, “KİVDF mövcud olduğu müddətdə medianın inkişafı istiqamətində heç bir iş görülmədi, əksinə, azad mətbuat sıradan çıxarıldı, ələbaxan, pay uman, bir növ narkoman kimi iynəyə oturdulan media yetişdirildi. Elə bir media ki, pulunu ver, işləsinlər, verməyəndə başlayırlar narazılıq eləməyə”.
“Bu cür media olmaz. Bu, təhlükəli mediadır. Yəni o, öz missiyasını dərk etməlidir. Yaxşı qəzet buraxmalıdır ki, satılsın, satışdan pul qazansın. Reklam bazarı olmalıdır ki, reklamdan pulunu alsın və öz əməkdaşlarını maaşla təmin edə bilsin. Təəssüf ki, onlar bu yolu tutmadılar. Ona görə də KİVDF özünü doğrultmadı. Və yaxud Milli Televiziya və Radio Şurası bu sahədə dövlətin yayım siyasətini gerçəkləşdirən bir qurum olduğu halda, o, necə addımlar atdı? Yəni, doğrudanmı, televiziyalara yayımla bağlı problemlərinin həllinə kömək etdi? Doğrudanmı, keyfiyyətli televiziya səviyyəsinə gəlib çıxa bildik? Təəssüf ki, belə olmadı. Bu rəhbərlər – ya Vüqar Səfərli olsun, ya da Nuşirəvan Məhərrəmlini yönəldən insanlar bu qurumları o vəziyyətə salmışdılar”, – deyən Q.Məhərrəmli əlavə edib ki, bütün dəyişikliklər ümid oyadır və yeni təyin olunanlar ən azı nizamnamələrində yazılan vəzifələrini vicdanla reallaşdırmalıdırlar.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-04-2020, 12:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-04-2020, 12:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:05
Dünən, 12:33
Dünən, 12:29
Dünən, 09:44
Dünən, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52
25-08-2025, 11:47
24-08-2025, 08:26

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”