"Sanki ölməyimizi gözləyirlər" – Azərbaycanın Rusiya ilə sərhədində nə baş verir? – VİDEO

Koronavirusun təhlükəli hal alması ilə Rusiyadan ölkəmizə üz tutan həmvətənlərimizin sərhəddə antisanitar və soyuq düşərgələrdə saxlanıldığı iddia edilir.
Bu barədə məlumat verən Qobustan rayon sakini Qədirov Hacı mart ayının 26-da Samur sərhəd keçid məntəqəsi vasitəsilə Rusiyadan Azərbaycana gəldiklərini və burada karantinə götürüldüklərini bildirib. Onun sözlərinə görə, saxlanıldıqları düşərgədə nə ayaqyolu, nə hamam, nə də ki, istilik sistemi mövcuddur:
“Doğru-düzgün qidalar yoxdur. Qaldığımız “palatka”lar gecələr həddindən artıq soyuq, gündüzlər isə isti olur. Təxminən 200 nəfərik və qaldığımız yer tozun-torpağın içindədir. Heç kim “bura karantindir” deyə bilməz. Çünki buranın karantinlə əlaqəsi yoxdur. Həkim müayinəsi yox, maska yox. Burada insanlara başağrısı, qarınağrısı dərmanı verməyə nə həkim var, nə də preparat. Böyük çadırda iki ədəd qızdırıcı verirlər amma heç bir xeyri yoxdur. Heç kimdən analiz götürülməyib. Sadəcə bir dəfə temperaturumuzu ölçüblər. Bu gün səhər ən azından qadınların buradan aparılması üçün etiraz etdik. Bu istəyimizə nail olduq. Onları avtobuslara mindirib apardılar. Amma haraya apardıqlarını bilmədik. Vəziyyət çox pisdir, sanki ölməyimizi gözləyirlər”.
Q. Hacı sözügedən düşərgədə lentə aldığı kadrları da redaksiyamıza təqdim edib. Kadrlarda karantin rejiminin antisanitar vəziyyətdə olduğu müşahidə olunur.
Həmin görüntüləri təqdim edirik:

Paylaş:
Müəllif : Fuad
Tarix:27-03-2020, 22:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-03-2020, 22:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:05
Dünən, 12:33
Dünən, 12:29
Dünən, 09:44
Dünən, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52
25-08-2025, 11:47
24-08-2025, 08:26

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”