Səhiyyə naziri istefaya dəvət olundu... - Müraciət...

Azərbaycan Demokratik Rifah Hərəkatının (ADR) sədri, iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevi istefa verməyə səsləyib.
Q.İbadoğlu deyib ki, Səhiyyə Nazirliyi Azərbaycanda 1 nömrəli nazirlik, səhiyyə naziri də ən çox məsuliyyəti olan şəxs olmalıdır.
Onun sözlərinə görə, koronavirus pandemiya elan edildikdən sonra qarşıda duran həlli vacib birinci vəzifə Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin qorunması olmalıdır:
"Hər kəs bu məqsədə xidmət etməli və buna nail olmaq üçün çalışmalıdır. Səhiyyə naziri bütün tədbirlərdə öndə olmalı, televiziya ekranlarından düşməməli, mətbuata açıqlamalar verməli, hərəkətləri və davranışları ilə vətəndaşlara nümunə göstərməlidir. Lakin təəssüflər qeyd etməliyəm ki, belə məsuliyyətli dövrdə nə ayrıca Səhiyyə nazirinin, nə də bütövlükdə nazirliyin fəaliyyəti hazırkı tələblərə və çağırışlara cavab vermir. Belə gərgin və əhəmiyyətli dövrdə indiyə qədərki fəaliyyəti ilə səhiyyə sistemini 15 ildir ki, bərbad vəziyyətə qoyan şəxsin bu sistemə rəhbərlik etməsi yolverilməzdir. Odur ki, Səhiyyə nazirini nə qədər gec deyil istefa verməyə dəvət edirəm. Əks təqdirdə onun üzərində böyük olan böyük məsuliyyətin altından nə özü, nə də təmsil etdiyi hakimiyyət çıxa bilməyəcək", - Qubad İbadoğlu bildirib. //arqument.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:16-03-2020, 08:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-03-2020, 08:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır