Talıbov naziri niyə "VURDU"? - İDDİA

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 4-də Vüsal Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Ovqat.com “Nuhçıxan” informasiya agentliyinə istinadən xəbər verir ki, Vüsal Sevdimaliyev bundan əvvəl "Naxçıvanpoçt"-un direktoru vəzifəsində çalışıb.
Ali Məclis Sədrinin həmin gün imzaladığı bir başqa Sərəncamla Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni texnologiyalar sabiq naziri Rövşən Məmmədov vəzifəsindən azad edilib. Saytımızın yerli qaynaqlardan öyrəndiyinə görə, işdən qovulan Rövşən Məmmədov Naxçıvan Ali Məclisi Aparatının sabiq rəhbəri Əli Həsənovun yaxın qohumudur. Onların quda olduğu söylənilir.
Maraqlıdır ki, Əli Həsənov da ötən il tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun “Muxtar” komandadan qovulmasının səbəbləri barədə bir neçə versiya irəli sürülür. Ən çox üzərində durulan versiya isə Əli Həsənovun “Cənab Sədri”ni Azərbaycanın növbəti lideri kimi görməsi və bu çərçivədəki mədhiyyələrində sərhədləri aşması, nə danışdığını bilməməsidir. Deyilənlərə inansaq, keçmiş Aparat rəhbərinin bəzi dövlət yetkililəri barədə sərf etdiyi naxoş sözlər rəsmi Bakının da qulağına çatıb və onunla bağlı ölçü götürülməsi barədə paytaxtdan Muxtar Respublikaya konkret təlimatlar ünvanlanıb. Uzun müddət bu təlimatları qulaq ardına vuran Muxtar Respublika rəhbərliyinə tələbin olduqca ciddi olduğu izah edilib və sonunda Əli müəllim istirahətə göndərilib.
Naxçıvanın Əli Həsənovunun öz taxtından salınmasından sonra növbənin onun qudası Rövşən Məmmədova gələcəyi MR külislərində ciddi müzakirə olunurdu. Məsələ təkcə Rövşən Məmmədovun qohumluq əlaqələrində də deyil. Sabiq nazirin həm də qudasıyla əlbir olub xeyli dövlət vəsaitini mənimsədiyi bildirilirdi. İki qudanın ən böyük “bədxərcliyi” isə Naxçıvan televiziyasına yeni avadanlıqların alınmasında yaşanmışdı.
Aldığımız məlumata görə, Naxçıvan Ali Məclisi Sədrinin məlum Sərəncamlarından əvvəl MR Rabitə və Yeni Texnologiyalar Nazirliyində ciddi yoxlamalar aparılmış, dərhal sonra isə kadr dəyişikliyi aparılmışdır.
Qaynağımızın bildirdiyinə görə, hər iki qudanın istintaqa cəlb olunması gözlənilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-03-2020, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-03-2020, 11:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır