Generalın 22 yaşlı qohumundan 1.3 milyonluq ŞOK – Telefon qaçaqmalçılığı

Bakıda 22 yaşlı gənc 11 nəfərin ümumilikdə 1.3 milyon manat pulunu mənimsəyib.
Bu barədə zərərçəkmişlərdən birinin yaxını “AzPolitika”ya danışıb.
22 yaşlı Sabir Azərbaycan hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan generalın eyni soyadlı çox yaxın qohumudur. Əmisi isə uzun illərdən bəri ölkənin əsas giriş qapılarından birində gömrük inspektoru vəzifəsində işləyir. Məlumata görə, məhz bu qohumluqlara görə ətrafının etibarından sui-istifadə edən Sabir onlara qarşı dələduzluq edib, külli miqdarda pullarını mənimsəyib.
Mənbə bildirir ki, hörmətli generalın qohumu olan bu gənc ölkəyə qaçaq yolla bahalı telefonlar gətirilməsi işi ilə məşğul olub. Bu qanunsuz biznesdə ona gömrük inspektoru olan əmisi yaxından köməklik göstərib. Sabir yaxın ətrafını, dost-tanışını inandırıb ki, əmisinin köməkliyi ilə, yük maşınlarında gizlədilməklə, Azərbaycana bahalı telefonlar daşıyır, gömrük rüsumu ödəmədiyindən çox yaxşı qazanc götürür.
Bildirib ki, əlində güclü sərmayə olarsa, biznesi genişləndirə və qazancını daha da artıra bilər. Bu vədlə dost-tanışlarına şəriklik vəd edən general qohumu bir müddət real iş də nümayiş etdirib. Həqiqətən də əmisinin köməkliyi ilə ölkəyə qaçaq telefon daşıyıb, qazancdan pul aldığı adamlara pay da verib. Lakin 4-5 gün əvvəl “şəriklərinə” elan edib ki, pulu batırıb. Ancaq 1.3 milyon manatı necə batırdığını izah edə bilməyib. Həqiqət kiçik araşdırmadan sonra üzə çıxıb. Məlum olub ki, Sabir iş görmək adı ilə topladığı pulu Bakının bahalı əyləncə məkanlarında böyük səxavətlə xərcləyib, necə deyərlər, axırına daş atıb.
İş bu yerə çatanda əmisi də “mənlik deyil”, deyə yaxasını kənara çəkib, zərərçəkənlərin pulunu geri qaytarmaqdan imtina edib. General qohumun mövqeyi isə hələ məlum deyil.
Zərərçəkənlər bildirir ki, elə bu gün üzləşdikləri dələduzluqla bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-02-2020, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-02-2020, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır