Hava ilə bağlı son məlumat yayıldı: Bu rayonlarda...
Gecə saatlarından başlayaraq Zaqatala rayon ərazisində hava şəraitinin kəskin dəyişməsi güclü külək və dolu ilə müşayiət olunub.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, güclü külək, leysan və dolu daha çox Makov, Muğanlı, Lahıc kəndləri istiqamətində müşahidə edilib. İri gövdəli ağaclar aşaraq elektrik və rabitə xətlərini zədələyib. Bu səbəbdən Muğanlı, Makov və Lahıc kəndləri istiqamətində avtomobillərin hərəkətində çətinlik yaranıb.
İlkin məlumatlara əsasən, dolu daha çox rayonun Yeni Suvagil kəndinə yağıb. Nəticədə meyvə ağaclarına, bostan-tərəvəz bitkilərinə ciddi ziyan dəyib. SEO Xidməti
Təbii fəlakət Balakən rayonundan da yan keçməyib. Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a bildirilib ki, küləklə müşahidə edilən leysan və dolu Balakən şəhəri də daxil olmaqla ətraf yaşayış məntəqələrinə xeyli ziyan vurub. Əsasən dolu yağan ərazilərdə şəxsi təsərrüfatlara ziyan dəydiyi bildirilir. Bununla yanaşı, güclü külək nəticəsində Balakən şəhəri və yaxın kəndlərdə ağaclar aşıb, elektrik naqilləri və rabitə xətləri zədələnib.
Külək və leysan yağışları ara verdiyi saatlardan başlayaraq hər iki rayon ərazisində təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-06-2024, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video