reklam
Regionxeberlericom.az » Dünya » Avropada günün maraqlı futbol oyunları - AFİŞA

reklam

Avropada günün maraqlı futbol oyunları - AFİŞA

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.

Regionxeberlericom.az xəbər verir ki, İngiltərə Premyer Liqasında iki oyunda dörd xal toplayan “Tottenhem” “Bornmut”un qonağı olacaq. Matç saat 15:30-da (bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib - red.) başlayacaq.

Saat 18:00-da isə daha iki maraqlı qarşılaşma keçiriləcək. Maksimum nəticə ilə davam edən “Arsenal” öz meydanında “Fulhem”i sınağa çəkəcək. Üç xal toplamağı bacarmış “Mançester Yunayted” isə “Nottingem Forest”i qəbul edəcək.

Fransa Liqa 1-də “Marsel” öz meydanında “Brest”lə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 21:00-dan səslənəcək. İki matçda cəmi iki xal əldə etmiş PSJ ilk qələbəsini “Lans” üzərində qazanmağa çalışacaq. Son çempionun oyunu saat 23:00-da başlayacaq.

Almaniya Bundesliqasının II turunda Dortmund “Borussiya”sı səfərdə “Boxum”la görüşdə ardıcıl ikinci qələbəsini qazanmağa çalışacaq. Matç saat 17:30-da start götürəcək.

İtaliya A Seriyasında mövsümə qələbə ilə başlayan “Milan” bu dəfə “Torino”nu sınağa çəkəcək. Digər maraqlı qarşılaşmada “Roma” “Verona”nın qonağı olacaq. Hər iki görüş saat 22:45-də başlayacaq.

İspaniya La Liqasında mövsümə uğursuz başlayan, iki oyunda xal qazana bilməyən “Sevilya” “Jirona”nı qəbul edəcək. Oyunun start fiti saat 23:30-da səslənəcək.

Türkiyə Super Liqasında bu gün baş tutmalı olan “Qalatasaray” - “İstanbulspor” matçı “sarı-qırmızılar”ın avrokubok oyunlarına görə təxirə salınıb. “Trabzonspor” - “Rizespor” qarşılaşması isə saat 20:30-da başlayacaq.

Avropada günün maraqlı futbol oyunları

İngiltərə Premyer Liqası

15:30. “Bornmut” - “Tottenhem”

18:00. “Arsenal” - “Fulhem”

18:00. “Mançester Yunayted” - “Nottingem Forest”

Fransa Liqa 1

21:00. “Marsel” - “Brest”

23:00. PSJ - “Lans

Almaniya Bundesliqası

17:30. “Boxum” - “Borussiya” (Dortmund)

İtaliya A Seriyası

22:45. “Milan” - “Torino”

22:45. “Verona” - “Roma”

İspaniya La Liqası

23:30. “Sevilya” - “Jirona”

Türkiyə Super Liqası

20:15. “Trabzonspor” - “Rizespor”




Paylaş:


Müəllif : Tarix:
26-08-2023, 12:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər