reklam
Regionxeberlericom.az » Dünya » Partlayış anidən baş verib, ağrı hiss etmədən ölüblər...

reklam

Partlayış anidən baş verib, ağrı hiss etmədən ölüblər...


Atlantik okeanında qalıqları tapılan “Titan” sualtı qayığının sərnişinləri ağrı hiss etmədən həlak olublar.

Bu barədə məlumatı ekspertlərə istinadən “CNN” telekanalı yayıb.

Florida Beynəlxalq Universitetinin professoru Eylin Mariya Martinin sözlərinə görə, sualtı qayığın korpusunun dağılması inanılmaz dərəcədə sürətlə baş verib. Ümumilikdə prosesin millisaniyə ərzində baş verdiyi bildirilir: “Böyük ehtimalla, bütün bunlar insanların problem olduğunu dərk etmələrindən əvvəl baş verib. Son nəticədə, bu, ağrısız olub”.

Həmçinin ekspertlər həlak olanların cəsədlərinin tapılmaq ehtimalının çox az olduğunu vurğulayıb.

Xatırladaq ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə apararkən itən “Titan” adlı sualtı qayığın ekipajının bütün üzvlərinin həlak olduğu məlum olub. Sualtı qayıqda partlayışın baş verdiyi bildirilir. Qayığın axtarışlarına isə iyunun 19-u başlanılmışdı. Ümumilikdə “Titan”ın göyərtəsində 5 nəfər olub. 

Onlar barədə qısa məlumatı təqdim edirik:

- Əvvəllər “Blue Origin” raketi ilə kosmosa uçan britaniyalı milyarder və dəfələrlə cənub qütbündə olmuş 58 yaşlı səyyah Hamiş Hardinq; 

- “OceanGate Expeditions” şirkətinin baş direktoru, 61 yaşlı Stokton Ruş;

- 48 yaşlı britaniyalı iş adamı Şahzadə Davud. O, Pakistanın ən zəngin ailələrindən birinin üzvü və Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzın təsis etdiyi iki xeyriyyə təşkilatının üzvüdür. Onun 19 yaşlı tələbə oğlu Süleyman Davud;

- Keçmiş Fransız Dəniz Donanmasının dalğıcı, 77 yaşlı Pol-Anri Narqole. O, “Titanik” qəzasında digər tədqiqatçılar ilə çox vaxt keçirib və 1987-ci ildə onu ziyarət edən ilk ekspedisiyanın tərkibində olub.

Təşkil edilən 8 günlük turun qiymətinin adambaşına 250 min dollar olduğu məlum olub.




Paylaş:


Müəllif : Tarix:
23-06-2023, 17:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər