reklam
Regionxeberlericom.az » Dünya » Zelenski Xersona getdi - Video

reklam

Zelenski Xersona getdi - Video

















Ukrayna Prezidenti Volodimir Zelenski Xersona gedib və Kaxovskaya Su Elektrik Stansiyasının bəndində partlayışın nəticələrinin aradan qaldırılması üzrə müşavirə keçirib.

Bu barədə Ukrayna Prezidenti Ofisi məlumat yayıb.

Bildirilib ki, iclasda Zelenski bölgədəki mövcud vəziyyətə dair hesabatları dinləyib.

“Çox mühüm məsələlər var, bunlar vilayətdə yaranmış operativ vəziyyət, əhalinin potensial daşqın zonalarından təxliyəsi, bəndin partlaması nəticəsində yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması, su basmış ərazilərdə həyat təminatının təşkili, həmçinin, regionun ekosisteminin yenilənməsi perspektivləridir”, - iclasda çıxış edən Zelenski bildirib.

O qeyd edib ki, itkilərin hesablanması və fəlakətdən zərər çəkmiş sakinlərə kompensasiya üçün vəsait ayrılması, dəymiş zərərin ödənilməsi və ya Xerson daxilində müəssisələrin köçürülməsi proqramı hazırlanacaq.




Paylaş:


Müəllif : Tarix:
8-06-2023, 16:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər